Milli Məclisdə büdcədən ədəbi nəşrlərə ayrıan vəsaitin artırılması təklif edilib
Far.Az xəbər saytı

Milli Məclisdə büdcədən ədəbi nəşrlərə ayrıan vəsaitin artırılması təklif edilib


Milli Məclisdə dövlət büdcəsindən ədəbi nəşrlərə ayrılan vəsaitin artırılması ilə bağlı təklif irəli sürülüb.

"Report" xəbər verir ki, bu barəıdə Milli Məclisin deputatı Elnarə Akimova parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, media təkcə informasiya məkanı deyil, eyni zamanda, yüz ildən sonra da hərəkətdə olacaq yaddaş fenomenidir:

"Bilirsiniz ki, 90-cı illərin əvvəllərində Azərbaycanda ədəbi mətbuat maddi baxımdan tənəzzül dövrünü yaşayırdı. Bu mətbu orqanlar bağlanmaq təhlükəsi ilə üz-üzə qalanda Ümummilli Liderimiz 1997-ci ilin noyabrında "Ədəbiyyat qəzeti", "Ulduz", "Azərbaycan" və "Qobustan"jurnallarının dövlət büdcəsindən maliyyələşdirilməsi barədə sərəncam verdi. Diqqətinizə çatdırmaq istəyirəm ki, həmin nəşrlər indi də öz mövcudluğunu 1997-ci ildə müəyyənləşmiş büdcə ilə davam etdirirlər. Ötən illər ərzində iqtisadiyyatımız sürətlə inkişaf edib. Biz həmin mətbuat orqanlarının nəşrini, fəaliyyətini daha yüksək səviyyədə davam etdirməsi məsələsinə həm də Ulu Öndərimizin tövsiyəsi kimi yanaşmalı və büdcədən onlara ayrılan vəsaitin artırılmasına diqqət ayırmalıyıq".

Oxşar xəbərlər

Ermənilərin Ayqut adlandırdığı Gölkənd haqqında mühüm faktlar açıqlanıb - "Qərbi Azərbaycanın yaddaş yerləri"
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
"Qərbi Azərbaycanın yaddaş yerləri": Soydaşlarımızın yaşadığı "Amasiya" necə erməniləşdirildi?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər