Ramin Məmmədov Şirvanda yerləşən məscidlərdə din xadimləri ilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 14-də Şirvan şəhərində yerləşən “Cümə”, “Şirvan şəhər məscidi” və “Zeynalabidin” məscidlərini ziyarət edib, burada fəaliyyət göstərən din xadimləri ilə görüşüb.
Bu barədə "Far.Az"a komitədən məlumat verilib.
Bildirilib ki, din xadimləri ilə görüşdə Ramin Məmmədov Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində müəyyən etdiyi siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Ölkə rəhbərliyinin dinlərarası dialoqun inkişafına verdiyi dəstəyin mühüm əhəmiyyətə malik olduğunu, müxtəlif dini konfessiyaların birgə fəaliyyət göstərməsi üçün əlverişli şərait yaradıldığını deyib.
Dini icmalar arasında əməkdaşlıq, qarşılıqlı hörmət və dözümlülük mühitinin yaradılması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərin cəmiyyətdəki müxtəlifliyi qorumağa və inkişaf etdirməyə yönəldiyini qeyd edib. Bu istiqamətdə ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edib.
Keçirilən görüşlərdə dini maarifləndirmə məsələsi xüsusi yer alıb. Komitə sədri İslam dininin düzgün şəkildə təbliğinin vacibliyini diqqətə çatdırıb. Dövlətin dini maarifləndirmə sahəsindəki siyasətinin xüsusilə gənclər arasında dini dəyərlərin düzgün formada aşılanmasına yönəldiyini, bu sahədəki fəaliyyətlərin cəmiyyətin mənəvi və mədəni inkişafına töhfə verməyə xidmət etdiyini bildirib.
Qeyd edib ki, din xadimləri gənclərimizin kənar qüvvələrin təsirlərindən qorunması üçün dini bilgilərin təhriflərdən uzaq formada çatdırılmasında xüsusi fəallıq nümayiş etdirməlidir.
Din xadimləri dini icmaların, milli-mənəvi dəyərlərin və vəhdət ənənələrinin inkişafına dövlət səviyyəsində göstərilən davamlı diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Din xadimləri ilə görüşlərdə görüləcək işlərə dair müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Mehriban Əliyeva - Vətənə, xalqa, dövlətə, milli və bəşəri dəyərlərə böyük sədaqət nümunəsi
Dini Komitənin sədri Şəhidlər və Hacı Cavad məscidini ziyarət edib-YENİLƏNİB
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ Çinlə nadir torpaq metalları müqaviləsini qüvvədə olduğunu hesab edir
-
Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək
-
Ölüm riski yüksək olan HANTAVİRUS: Azərbaycanda yoluxma varmı?
-
Tramp bildirib ki, İran artıq ABŞ-ni ələ salmayacaq
-
Azərbaycan Kuboku: Cari mövsümdə tamaşaçı sayı son 10 ilin ən yüksək göstəricisi kimi yadda qalıb
-
Tramp: ABŞ İranın zənginləşdirilmiş uran ehtiyatlarını əldə etmək istəyir













