Alimlər bunu ilk dəfə bacardılar: Zədələnmiş göz toxuması bərpa edildi
Far.Az xəbər saytı

Alimlər bunu ilk dəfə bacardılar: Zədələnmiş göz toxuması bərpa edildi


Alimlər gözün torlu qişasında zədələnmiş sinir əlaqələrinin bərpasına nail olublar. Gen terapiyasından sonra görmə funksiyasının yaxşılaşması müşahidə edilib.

Far.Az xəbər verir ki, Miçiqan Ştat Universitetinin alimləri apardıqları araşdırma zamanı yetkin gözün torlu qişasının uzun müddət davam edən zədələnmələrdən sonra belə müəyyən dərəcədə özünü yenidən təşkil edə bildiyini müəyyənləşdiriblər.

Tədqiqat irsi görmə pozuntusuna səbəb olan CaBP4 genindəki mutasiya üzərində aparılıb. Sözügedən gen fotoreseptorlardan torlu qişanın digər sinir hüceyrələrinə siqnalların ötürülməsində mühüm rol oynayan zülalın yaranmasını təmin edir.

Gen mutasiyaya uğradıqda görmə siqnallarının ötürülməsi pozulur və bu problem erkən yaşlarda özünü göstərə bilir. Alimlər təcrübəni həmin mutasiyaya malik itlər üzərində aparıblar. Heyvanların gözünün torlu qişasına bir dəfə təhlükəsiz virus vektoru vasitəsilə CaBP4 geninin sağlam nüsxəsi yeridilib.

Nəticədə heyvanların görmə qabiliyyətində nəzərəçarpacaq yaxşılaşma qeydə alınıb. Xüsusilə zəif işıq şəraitində görmə funksiyasının əhəmiyyətli dərəcədə yaxşılaşdığı müəyyən edilib. Araşdırmanın ən diqqətçəkən nəticəsi isə gen terapiyasının yalnız xəstəliyin irəliləməsini dayandırması ilə məhdudlaşmamasıdır.

Tədqiqatçılar müalicədən sonra torlu qişada görmə siqnallarının ötürülməsini təmin edən zədələnmiş strukturların yenidən formalaşmağa başladığını müəyyən ediblər. Əvvəllər yaranmış bəzi struktur pozuntularının da qismən düzəldiyi müşahidə olunub.

Daha maraqlısı odur ki, müsbət nəticə üç il ərzində aparılan müşahidələr zamanı qorunub.

Alimlərin fikrincə, bu nəticələr yetkin torlu qişanın sinir əlaqələrini bərpa etmək qabiliyyətinin əvvəllər düşünüldüyündən daha yüksək olduğunu göstərir. Tədqiqatın nəticələri gələcəkdə irsi göz xəstəliklərinin müalicəsi üçün yeni gen terapiyası üsullarının hazırlanmasına yol aça bilər.

Qeyd edək ki, araşdırma insanlar üzərində deyil, genetik mutasiyaya malik itlər üzərində aparılıb. Buna görə də nəticələrin insanlarda eyni şəkildə tətbiq olunacağını söyləmək hələ tezdir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər