Tbilisidə partlayan binadan daha bir nəfərin meyiti çıxarılıb - Yenilənib-4
Tbilisinin Poniçala qəsəbəsində partlayışdan sonra yaşayış binasının dağıntıları altından daha bir nəfərin meyiti çıxarılıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, xilasedicilər hazırda dağıntılar altında qalan 3 nəfərin axtarışını davam etdirirlər.
İlkin məlumata görə, partlayışa binada təbii qazın yığılması səbəb olub.
Tbilisinin Poniçala qəsəbəsində partlayış nəticəsində uçmuş yaşayış binasının dağıntıları altından iki nəfərin meyiti çıxarılıb, ölənlərin qadın və uşaq olduğu bildirilir.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, xilasedicilər hazırda dağıntılar altında qalan daha 4 nəfərin axtarışını davam etdirirlər.
İlkin məlumata görə, partlayışa binada təbii qazın yığılması səbəb olub.
Tbilisinin Poniçala qəsəbəsində partlayış nəticəsində dağıntılar altında bir neçə saat qalan azyaşlı sağ çıxarılıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, xilasedicilər uşağı binanın pəncərəsindən çıxararaq xilas ediblər.
Onun sağ çıxarılması hadisə yerində alqışlarla qarşılanıb.
Hazırda dağıntılar altında qalan daha 6 nəfərin, o cümlədən iki uşağın axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Tbilisinin Poniçala qəsəbəsində yaşayış binasında baş verən partlayışdan sonra xilasetmə işləri davam etdirilir.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, xilasedicilər binanın giriş hissəsini dağıntılardan təmizləyirlər.
Məlumata görə, dağıntılar altında insanların qalması ehtimal olunur.
Bir neçə dəqiqə əvvəl binanın çökmə təhlükəsi səbəbindən təmizləmə işləri müvəqqəti dayandırılıb.
Yerli sakinlər dağıntılar altında yeddi nəfərə qədər insanın, o cümlədən azyaşlı uşaqların qala biləcəyini bildiriblər. Onların sözlərinə görə, bina qəzalı vəziyyətdə olub.
Hadisə yerinə binada yaşayan şəxslərin yaxınları da gəlib.
Partlayışın təbii qazın yığılması nəticəsində baş verdiyi ehtimal olunur. Hadisənin dəqiq səbəbi hələlik rəsmən açıqlanmayıb.
Gürcüstanın səhiyyə naziri Mixeil Sarjveladzenin son məlumatına görə, hadisə nəticəsində dörd nəfər, o cümlədən bir azyaşlı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hazırda ərazidə xilasetmə əməliyyatı davam etdirilir.
Tbilisinin Poniçala qəsəbəsində təbii qaz sızması nəticəsində yaşayış binasında partlayış baş verib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidməti məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində dörd nəfər xəsarət alıb, biri azyaşlıdır. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Onların hər üçünün huşunun yerində olduğu bildirilib.
Yanıq Mərkəzinin rəhbəri Quqa Kaşibadzenin sözlərinə görə, yaralılardan birinin vəziyyəti ağırdır. O, mərkəzin reanimasiya şöbəsində müalicə olunur.
Hadisə yerində yanğınsöndürmə və xilasetmə xidmətinin əməkdaşları çalışır. Xilasetmə əməliyyatı davam etdirilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













