Səməd Bəşirli: "Yüksək tutumlu rəqəmsal əlaqə Azərbaycana AI investisiyaları gətirə bilər"
Yüksək tutumlu rəqəmsal əlaqələr Azərbaycana data mərkəzləri və AI investisiyaları gətirə bilər.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda "Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, "yaşıl enerji" və rəqəmsallaşma üçün maliyyənin səfərbər edilməsi" mövzusunda keçirilən Almaniya-Azərbaycan Əlaqəlilik Konfransında bildirib.
Onun sözlərinə görə, işlənmə mərhələsində olan Transxəzər Fiber-Optik kabel xətti Xəzər dənizi vasitəsilə yüksək tutumlu məlumatların ötürülməsi üçün əlavə marşrut yaradaraq Avropadan Asiyaya rəqəmsal bağlantını gücləndirəcək, regional kommunikasiya şəbəkələrinin davamlılığını artıracaq və Azərbaycanın rəqəmsal tranzit qovşağı kimi rolunu möhkəmləndirəcək: "Yüksək tutumlu rəqəmsal əlaqələrin etibarlı enerji təminatı və artan bərpa olunan enerji potensialı ilə birləşməsi məlumat mərkəzlərinə (data centers), yüksək məhsuldarlıqlı hesablamalara (HPC) və süni intellekt infrastrukturuna investisiyaları cəlb edə bilər. Biz bu imkanları genişləndirmək üçün "Oracle", "Dell Technologies" və BP daxil olmaqla beynəlxalq tərəfdaşlarla işləyirik".
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
"Euronews"da Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi haqqında xüsusi veriliş yayımlanıb – VİDEO
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı
-
Emin Hüseynov: "Ağdam yenidən Azərbaycanın aqrar mərkəzlərindən birinə çevrilir"
-
Bakıda məktəbin qarşısında 18 yaşlı gənc öldürüldü: Saxlanılan var
-
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
-
Dubayda əmlak sahibi olmaq istəyənlər üçün "Propify Real estate" Bakıda xüsusi təqdimat tədbiri keçirəcək
-
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB













