Hörmüz boğazında tankerə hücum olub, yanğın baş verib
Far.Az xəbər saytı

Hörmüz boğazında tankerə hücum olub, yanğın baş verib


Xəsab şəhərindən 7 dəniz mili şimalda, Oman sahillərində Hörmüz boğazından keçən tankerə hücum edilib.

"Far.Az"un Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinə (UKMTO) istinadən məlumatına görə, hadisə barədə üçüncü tərəfdən bildirilib.

Hücum nəticəsində gəminin hərəkəti dayanıb və mühərrik otağında yanğın baş verib. Bütün heyət üzvləri təhlükəsizdir.

Gəmiyə vurulan ziyanın miqyası və ətraf mühitə dəyən mümkün ziyan hələ müəyyən edilməyib.

UKMTO gəmiləri ərazidən daha ehtiyatla keçməyə və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyə çağırıb.

Hadisənin səbəbi araşdırılır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar
Azov dənizində gəmiyə dron hücumunda həlak olan Fuad Orucov Xaçmazda dəfn edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər