XİN: Qara dənizdə gəminin dronla vurulması nəticəsində bir azərbaycanlı həlak olub, biri itkin düşüb
Far.Az xəbər saytı

XİN: Qara dənizdə gəminin dronla vurulması nəticəsində bir azərbaycanlı həlak olub, biri itkin düşüb


Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında "Royad Məmmədov" adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, daxil olan məlumata əsasən, hücum nəticəsində Azərbaycan vətəndaşı, gəminin kapitanı 1974-cü il təvəllüdlü Həsənov Rüstəm İsmayıl oğlu həlak olub. Digər vətəndaşımız 2002-ci il təvəllüdlü Süleymanzadə Məhəmməd Həmzə oğlu itkin düşüb. Hal-hazırda, müvafiq axtarış tədbirləri həyata keçirilir.

Gəmi heyətində olan digər vətəndaşlarımız xilas edilib, onlardan 3 nəfəri xəstəxanaya yerləşdirilib.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin diplomatik nümayəndəlikləri və aidiyyəti ölkələrin səlahiyyətli qurumları ilə birgə koordinasiya işləri aparılır. Vətəndaşlarımıza zəruri tibbi və konsulluq dəstəyinin göstərilməsi, eləcə də həlak olan vətəndaşlarımızın cənazələrinin vətənə gətirilməsi ilə bağlı müvafiq prosedurların həyata keçirilməsi istiqamətində zəruri tədbirlər görülür.

Həlak olan soydaşlarımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq.

"Bir daha Azərbaycan vətəndaşlarına hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, bu ərazilərdə, eləcə də riskli marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırış edirik", - məlumatda vurğulanıb.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər