ABŞ-nin ən böyük bankları kütləvi texniki nasazlıqla üzləşib
Far.Az xəbər saytı

ABŞ-nin ən böyük bankları kütləvi texniki nasazlıqla üzləşib


ABŞ-nin bir neçə böyük bankının müştəriləri onlayn xidmətlərdə fasilələrlə üzləşiblər və hesablarına daxil olmaqda çətinlik çəkirlər.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, şikayətlər "Bank of America", "Chase", "U. S. Bank", "Wells Fargo" və "Zelle" ödəniş sisteminin işindən daxil olub.

"Chase Bank"ın nümayəndəsi texniki problemlərin mövcudluğunu təsdiqləyərək, bunun kiberhücumla əlaqəli olmadığını vurğulayıb. "Texniki problem səbəbindən bəzi əməliyyatlar adi haldan daha uzun sürür, lakin müştərilər hələ də hesablarına və fondlarına giriş əldə edirlər. Problemi mümkün qədər tez aradan qaldırmaq üçün çalışırıq", - bankın nümayəndəsi deyib.

Bəzi istifadəçilər, daha sonra yenidən cəhd etmək tövsiyəsi ilə fərdi xidmətlərin müvəqqəti əlçatmazlığı barədə bildirişlər alıblar. Problemlərin miqyası və xidmətlərin tam bərpa müddəti hələ aydın deyil.

Bankların xidmətindəki nasazlıqlar barədə məlumatlar, cümə günü baş verən və bir neçə saat davam edən "Microsoft"un xidmətlərinin geniş miqyaslı pozuntusundan bir neçə gün sonra ortaya çıxıb. Sonra problemlər "Outlook", "Teams" və "Copilot" – süni intellekt köməkçisinə təsir edib.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Zakir Nuriyev: "Məqsədimiz maliyyə ekosisteminin daha səmərəli inkişafına töhfə verməkdir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər