BAEA rəhbəri İranın nüvə obyektlərinə baş çəkib
Far.Az xəbər saytı

BAEA rəhbəri İranın nüvə obyektlərinə baş çəkib


Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktoru Rafael Qrossi İranın Fordo və Nətənzdə yerləşən uranın zənginləşdirilməsi üzrə əsas obyektlərinə baş çəkib.

Bu barədə “Report” “Mehr” agentliyinə istinadən xəbər verir.

Lakin nəşr təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, Qrossi noyabrın 14-də İranın Prezidenti Məsud Pezeşkian, xarici işlər naziri Abbas Əraqçi və Atom Enerjisi Təşkilatının (AEOI) sədri Məhəmməd Eslami ilə danışıqlar aparıb. İran tərəfi nüvə proqramı ilə bağlı qalan bütün mübahisələri həll etməyə hazır olduğunu bildirib. İran Prezidenti həmçinin rəsmi Tehranın nüvə enerjisindən yalnız dinc məqsədlərlə istifadəsinə sadiqliyini təsdiqləyib.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Rafael Qrossi Kursk AES-ə baxış keçirib, nüvə təhlükəsi olduğunu bildirib - YENİLƏNİB
Şimali Koreya uranın zənginləşdirilməsi üçün sentrifuqaların sayını artıracaq
BAEA rəhbəri Kursk AES-dəki vəziyyəti qiymətləndirmək üçün bölgəyə səfər edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər