"Azərpoçt" İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
"AZCON Holding" şirkətlərindən olan "Azərpoçt" MMC İçərişəhərdə, Böyük Qala 55 ünvanında yerləşən yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib.
Açılış mərasimində Ümumdünya Poçt İttifaqının (ÜPİ) Beynəlxalq Bürosunun baş direktoru Masahiko Metoki, Filateliyanın İnkişafı və Sənədli İrs Proqramının rəhbəri Benjamin Combes və digər rəsmi qonaqları, eləcə də "Azərpoçt"un İdarə Heyətinin sədri vəzifəsini icra edən Manaf Babayev və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud iştirak ediblər.
Yeni məkanın yaradılmasında məqsəd Bakının qədim və turistik zonası olan İçərişəhərdə şəhərimizin sakinləri ilə yanaşı, qonaqlarına da poçt xidmətlərini daha fərqli formada təqdim etməkdir. Belə ki, burada poçt istifadəçiləri üçün universal poçt xidmətləri ilə yanaşı, e-kommersiya, eləcə də filateliya məhsullarının satışı baş tutacaq.
"İçərişəhərdə yaradılan bu poçt şöbəsi poçtun yalnız xidmət infrastrukturu deyil, həm də insanları, mədəniyyəti və ölkələri birləşdirən platformadır. Azərbaycanın beynəlxalq poçt əməkdaşlığında fəal iştirakı və filateliyaya göstərdiyi diqqət təqdirəlayiqdir" deyə Ümumdünya Poçt İttifaqının Beynəlxalq Bürosunun baş direktoru Masahiko Metoki bildirib.
Açılış zamanı qonaqlara poçt şöbəsinin fəaliyyəti və təqdim olunan xidmətlər barədə məlumat verilib, Azərbaycan filateliyasının seçilmiş nümunələri nümayiş etdirilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Qazax avtomobil yolunda qəza olub, 3 nəfər ölüb
-
Şamil Ayrım: Türkiyəyə qarşı soyqırım iddiasının obyektiv araşdırılması üçün arxivlərin açılması zəruridir
-
Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq
-
QMİ sədri: Süni intellekt insanı ibadətdə əvəz etməməlidir
-
Messi Argentina millisinin DÇ-2026 finalında məğlubiyyətinin səbəbini açıqladı
-
Azərbaycan BMT-də insan hüquqları bəhanəsi ilə dövlətlərin daxili işlərinə qarışılmasına qarşı çıxıb













