Məktəb təhsil almaq üçün ocaqdır, bir-birindən fərqlənmək məkanı deyil - RƏY
Müəllimin geyimi məktəbin ümumi mədəniyyətinin və təhsil mühitinə münasibətinin müəyyən göstəricilərindən biri sayıla bilər.
Bu fikri "Report"a açıqlamasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi professor Ceyran Mahmudova deyib.
Rektorun fikrincə, müəllimlərin vahid geyim məsələsinə təhsil mühitində peşəkarlıq, etik davranış və müəllim nüfuzunun qorunması baxımından yanaşmaq lazımdır.
Ceyran Mahmudova bildirib ki, müəllimin peşəkarlığı ilk növbədə onun biliyi, pedaqoji bacarığı, şagirdlərlə münasibəti və mənəvi keyfiyyətləri ilə ölçülür.
"Geyim qaydaları da bu prinsipləri tamamlayan, təhsil mühitində səliqə və işgüzar üslubu təşviq edən vasitə kimi dəyərləndirilməlidir. Əsas məqsəd müəllimin fərdi xüsusiyyətlərini məhdudlaşdırmaq deyil, təhsil müəssisəsində peşəkar görünüş və davranış mədəniyyətini təşviq etmək olmalıdır".
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova da, öz növbəsində, vahid məktəbli formasını dəstəklədiyini ifadə edib.
"Hesab edirəm ki, geyimlə bağlı ümumi tələblər uşaqların diqqətini təhsilə yönəltməyə, məktəb qaydalarına hörmət hissini formalaşdırmağa və ailələrin maddi imkanları arasındakı fərqlərin daha az nəzərə çarpmasına kömək edir. Məktəb hər bir uşağın özünü kollektivin bir üzvü kimi hiss etməli olduğu ümumi təhsil məkanıdır.
Direktorun Azərbaycan tarixinə, mədəniyyətinə və milli-mənəvi dəyərlərə həsr olunmuş məktəb tədbirlərində Pedaqoji Şuranın qərarı ilə milli geyimlərdən və ya onların elementlərindən istifadəyə imkan verilməsini də yüksək qiymətləndirdiyini bildirib.
"Mənim üçün bu, ardıcıl bir yanaşmadır: gündəlik məktəb həyatında vahid geyim formasına riayət edir, müvafiq mədəni tədbirlərdə isə uşaqları milli geyimimiz və onun mənası ilə tanış edirik. Beləliklə, həm məktəbdə ümumi qaydalara hörmət, həm də mədəniyyətimizə, ənənələrimizə və bir-birimizə ehtiram hissini aşılayırıq".
Xalq artisti Nəzakət Məmmədova isə orta məktəblərdə şagirdlərlə bağlı vahid geyim qaydasının gözlənilən olduğunu diqqətə çatdırıb.
"Çünki orta məktəblərdə artıq geyim və digər davranış halları özünü qabarıq göstərməyə başlamışdı. Müxtəlif makiyajlar, dırnaq boyaları, qarışıq geyim üslubu və sair hallara şahid olurduq. Məktəb təhsil almaq üçün ocaqdır, bir-birindən seçilmək, fərqlənmək məkanı deyil".
Xanəndə qeyd edib ki, bu mənada, məktəblərdə vahid geyimin tətbiqi olduqca uğurlu addımdır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Məktəbin ilk günündən FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı
-
Gəncədə ata oğlunu qətlə yetirməkdə şübhəli bilinir
-
Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Qubada toplanışa başlayıb
-
Mingəçevirdə tələbə bıçaqlandı, otaq yoldaşı saxlanıldı
-
Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
-
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb













