Koreya müharibəsində 167 türk əsgəri itkin kimi qeydə alınıb
Koreya müharibəsində 167 türk əsgəri itkin kimi qeydə alınıb.
"Far.Az" xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Zafer Tarıkdaroğlu "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans" çərçivəsində keçirilən panel sessiyada deyib.
Z.Tarıkdaroğlu qeyd edib ki, aradan uzun illər keçməsinə baxmayaraq, həmin əsgərlərin DNT analizləri vasitəsilə identifikasiya proseslərini həyata keçirmək üçün işlər yenə davam etdirilir:
"İtkin şəxslərin taleyinin aydınlaşdırılması, ilk növbədə, bu ailələrin qeyri-müəyyənliyinə son qoymaq baxımından hamımızın üzərinə düşən humanitar məsuliyyətdir. Bununla yanaşı, bu istiqamətdə atılacaq addımlar cəmiyyətlər arasında qarşılıqlı etimadı gücləndirəcək və davamlı sülhün ictimai əsaslarının möhkəmləndirilməsinə töhfə verəcək".
O, Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasının regionun sabitliyinə və rifahına mühüm töhfələr verəcəyinə inandlıqlarını da bildirib:
"Sülh və normallaşma proseslərində irəliləyiş əldə edilən zaman keçmişdə baş vermiş münaqişələrin geridə qoyduğu humanitar nəticələrin də nəzərə alınmasının böyük əhəmiyyət daşıdığını düşünürük. Davamlı sülhün bərqərar olması yalnız gələcəyə yönəlmiş siyasi tənzimləmələrin formalaşdırılması ilə təmin edilə bilməz. Keçmişin geridə qoyduğu humanitar məsələlərin də mümkün qədər həll olunması önəmli məsələdir".
Qeyd edək ki, Koreya müharibəsi 1950-53-cü illərdə baş verib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Kəsilmiş ağacın əvəzinə yeni ağac əkilib və üzərinə identifikasiya etiketi vurulub
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz
-
İrançılıq düşüncəsinin paradoksları
-
Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur
-
İcra hakimiyyətindəki korrupsiya işində yeni qərar: Sabiq məmura cəza verildi
-
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
-
Tramp: Ukraynadakı müharibə sona yaxınlaşır













