Aksiya iştirakçısı: Frank Peloni Qarabağın Azərbaycana qaytarılmasına qarşı olub
ABŞ Konqresinin nümayəndəsi Frank Paloni Qarabağın Azərbaycana qaytarılmasına qarşı olub.
Bu sözləri "Far.Az"a açıqlamasında Frank Peloninin Azərbaycandan getməsini tələb edən aksiya iştirakçısı, Şəhid Ailələrinə Qayğı İctimai Birliyinin rəhbəri Müşfiq Əliyev deyib.
O bildirib ki, erməni lobbisinin maliyyələşdirdiyi Frank Peloninin Azərbaycanda görmək istəmirlər:
"Peloninin Azərbaycandan rədd olmasını istəyirik. Bu aksiyada iştirak edən QHT nümayəndələri hamısı eyni fikirdədir. O, bura BMT-nin təklifi ilə gəlib. Peloni hər zaman anti-Azərbaycan təbliğatı ilə məşğul olub və Qarabağın Azərbaycana qaytarılmasının əleyhinə fəaliyyət göstərib. Minlərlə azərbaycanlı, eləcə də qazi və şəhid ailələri ermənipərəst konqres nümayəndəsinin ölkəsinə qayıtmasını istəyir. Biz "Peloni rədd ol!" şüarını səsləndiririk. Onun BMT tərəfindən COP29-a dəvət olunması bizi çox incidib".
Qeyd edək ki, bu gün bir qrup Azərbaycan QHT-lərinin rəhbərləri və ictimai fəallar Azərbaycan xalqını təhqir etmiş, ermənipərəst ABŞ konqresmeni Frank Peloniyə qarşı qaldığı hotelin qarşısında növbəti dəfə etiraz aksiyası keçirib.
QHT-lərin əsas tələbləri Peloninin Azərbaycan xalqından üzr istəməsi, dünənki dinc aksiya zamanı ictimai fəallara qarşı zorakılığa yol vermiş mühafizəçilərinə cinayət işi açılması, Peloninin Azərbaycana qarşı iftira kampaniyalarına görə cavab verməsi olub.
Oxşar xəbərlər
ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qalmış Azərbaycan QHT təmsilçiləri bəyanat yayıb
Bakıda Frank Peloniyə qarşı etiraz aksiyası keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Frank Peloni Bakıda “Rədd ol!” şüarları ilə qarşılanıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" İngiltərədə "Mançester Yunayted"ə böyük hesabla məğlub olub
-
Dambrauskas: "Mançester Yunayted" uşaqlıqdan dəstəklədiyim klubdur, bu məğlubiyyət böyük təcrübədir"
-
Braziliyada kiçik təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
-
UEFA Çempionlar Liqası: "Sabah" "Mançester Yunayted"ə böyük hesabla məğlub olub - YENİLƏNİB-7
-
Ölüm qapılarını döymədən dəqiqələr əvvəl - Şəkidə çəkilən son görüntülər
-
Livan və İsrail nümayəndə heyətləri Romada danışıqlar aparacaq













