Deputat: "Diplomlu mütəxəssislər aqrar təsərrüfatlara gedib çatmırlar"
Azərbaycanda yerli aqrar mütəxəssislərin işə götürülməsi üçün yeni mexanizmlər tətbiq edilə bilər.
"Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc bildirib.
Onun sözlərinə görə, 2017-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetində 880 əyani, 269 qiyabi bakalavr məzunu olub: "Universitetin açıqladığı son məlumata görə, 2024-2025-ci tədris ilində aqronomluq ixtisasını 84, baytarlıq təbabəti ixtisasını 76 nəfər bitirib. Rəqəmlər göstərir ki, kadr hazırlığı azalmayıb. Lakin diplomlu mütəxəssislərin aqrar təsərrüfatlara gedib çatmasındakı qırılma xüsusi araşdırma tələb edir".
"Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına görə, aqrar ixtisaslar üzrə məzunların öz sahələrində məşğulluq göstəricisi son üç ildə 32 %-dən 65 %-ə yüksəlib. Bəs onda kəndlərdə və aqroparklarda işə götürülən şəxslərlə bağlı ehtiyac haradan yaranır? İqtisadi sistemlə ali təhsil müəssisələri arasında əlaqə qurulmadığı üçün universitetlərin məzunları aqrar təsərrüfatlarda sərbəst işləyə bilmirlər. Rəsmi statistikaya görə, ölkəmizdə 2022-ci ildə 3 228 istixana fəaliyyət göstərirdisə, 2024-cü ildə onların sayı 3 027-yə, 2025-ci ildə isə 2 995-ə düşüb. İstixana pomidorunun istehsalı da 2023-cü ildəki 268,9 min tondan 2025-ci ildə 156,8 min tona enib. Lakin bu azalmanı aqronom çatışmazlığı ilə izah etmək doğru olmaz. Təbii qazın qiyməti, istehsalın maya dəyəri, xarici bazarda aşağı satış qiymətləri yerli şirkətlərin rəqabət qabiliyyətinə təsir edir. Ona görə də xaricdən aqronom gətirməklə ziyanla işləyən istixanaların bütün problemlərini həll etmək mümkün olmayacaq. Təkcə Rusiya 2024-cü ildə 1 milyon 717 min tondan çox tərəvəz, o cümlədən 479 min ton pomidor idxal edib", - deyə deputat qeyd edib.
Z.Orucun sözlərinə görə, uzun illər istər aqronomluq, istərsə də baytarlıq sahəsində böyük ənənələri olan ölkəmizdə xaricdən asılılıq, emal müəssisələrinin sayının müəyyən qədər azalması nəticədə konsentrat məhsulların ölkədə satışı artır: "Süni intellekt və yaxud data mütəxəssislərini kənardan gətirməyi başa düşmək olar. Lakin respublikamızın vaxtilə keçmiş sovet məkanına kadr ixrac etdiyini nəzərə alsaq, itkilərimizi yenidən qiymətləndirməliyik. Baytarlıq sahəsində də problem oxşardır. Bu istiqamətdə universitetlərin statistik göstəricilərini qeyd edə bilərəm. Lakin Türkiyə və İrandan bu sahədə baytarlar gəlir və orta təhsillə sahənin problemlərini həll edirlər. Onlar yalnız təcrübələrinə görə öndə olduqları üçün bizim ali təhsilli mütəxəssislər yerli rəqabətdə geri qalırlar. Ona görə də təklif edirik ki, qanunvericilikdə xaricdən cəlb edilən mütəxəssislərin peşə təcrübəsini müəyyənləşdirən şəffaf meyarlar təsbit olunsun. Xüsusilə baytarlıq sahəsində təhsil və peşə səriştəsinin yoxlanılması təmin edilsin".
"Aqroparklar güzəştlərdən yararlandıqları müddətdə yerli aqronomlar, bağçılıq mütəxəssisləri və baytarlar üçün ödənişli təcrübə və mentorluq proqramları həyata keçirsinlər. Dövlət Aqrar Universiteti, Lənkəran və digər ali təhsil müəssisələri ilə istehsalat müəssisələri arasında birgə tədris əlaqələri qurulsun. Bölgələrdə çalışan gənc baytarlar və aqronomlar üçün maaş əlavələri və davamlı peşə təhsili üzrə hədəfli dəstək proqramları həyata keçirilsin. Əminəm ki, bütün bunları nəzərə aldıqda, biz xaricdən aqronom və baytar idxal etməyə nəhayət ehtiyac duymayacağıq", - deyə deputat fikrini tamamlayıb.
Oxşar xəbərlər
FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi keçirilib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Azərbaycanlı məşhurlar Ramazanda oruc tutacaqlar?
1 Noyabr-Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
"Yuventus" Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır
-
İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb
-
Gəncədə 88 yaşlı qadın öldürülüb, hadisəni törətməkdə bacısı oğlu şübhəli bilinir
-
SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb
-
NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır













