Sədr müavini: "Milli standartların çoxu beynəlxalq və regional standartlar əsasında formalaşdırılıb"
Azərbaycanda milli standartların böyük hissəsi beynəlxalq və regional standartlar əsasında formalaşdırılıb.
"Far.Az" xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini İlqar Həsənov Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş media təlimində bildirib.
O, vurğulayıb ki, son vaxtlar qəbul olunmuş və Dövlət Fonduna daxil edilmiş milli standartların əksəriyyəti Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) normalarına əsaslanır: "Bununla yanaşı, normativ bazada Avropa İttifaqının (Aİ) və MDB məkanında tətbiq edilən regional standartlar da yer alır. Bizim sıfırdan hazırladığımız milli standartların sayı azdır, çünki əsas məhsul və prosesləri əhatə edən standartları artıq beynəlxalq ictimaiyyət qəbul edib. Aİ və ISO standartları ilə bizim milli standartlarımız demək olar ki, eynilik təşkil edir. Bu səbəbdən də milli standartlarımızın xaricdə tətbiq olunması təcrübəsinə rast gəlinmir, çünki buna ehtiyac qalmır".
Sədr müavini əlavə edib ki, GOST keçmiş sovet sistemi ilə məhdudlaşmır və MDB məkanında sadəcə abreviatura olaraq qalır: "Hazırda tətbiq olunan GOST standartlarının 65–70 %-i tam beynəlxalq standartlara uyğunlaşdırılıb. Bu standartların bir çoxu nəinki regionda, hətta beynəlxalq miqyasda populyardır və müasir tələblərə cavab verir. Azərbaycanın özünəməxsus spesifik standartları (məsələn, neft-qaz sahəsində) olsa da, ümumilikdə ölkədə standartlaşdırma siyasəti tam olaraq beynəlxalq və regional təcrübəyə inteqrasiya olunub".
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bahar Muradova Ağdamda vətəndaşları qəbul edib
-
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər
-
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
-
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
-
Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"
-
Xaçmazda qəhvəyi məxmər bağacıqları yenidən yayılıb, zəruri tədbirlər görülür













