Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir
Polis Akademiyasında kursantların peşə hazırlığının daha da təkmilləşdirilməsi, nəzəri biliklərinin dərinləşdirilməsi və praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif sahələr üzrə ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə mühazirə və görüşlər təşkil olunur.
"Report" xəbər verir ki, müxtəlif fənlər üzrə keçirilən interaktiv dərslərdə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri Hökümə Babayeva "İnzibati iddianın növləri", Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Adil Babayev "Azərbaycan dilində akademik və işgüzar kommunikasiya fənninin ölkəmizdə tədris edilmə tarixi", Bakı Dövlət Universitetinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Zaur Əzimov "Hüququn anlayışı və mahiyyəti", Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Vamiq Şükürov "Əqdlər və onların növləri" mövzularında mühazirələrlə çıxış ediblər.
Dərslər zamanı mütəxəssislər tərəfindən nəzəri biliklərlə yanaşı, real təcrübədən götürülmüş nümunələr əsasında mövzular izah olunub, kursantları maraqlandıran suallar cavablandırılıb və peşə fəaliyyətində zəruri bacarıqların formalaşdırılmasına xidmət edən mühüm məqamlar diqqətə çatdırılıb.
Oxşar xəbərlər
FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Culfada baş verən avtomobil qəzasında bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb
-
Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb
-
Sabah Yasamal, Nizami və Binəqədi rayonlarının bir hissəsində işıq olmayacaq
-
Bu ölkədə Ebola virusuna ilk yoluxma halı təsdiqlənib
-
Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər
-
Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasından 94 il ötür













