QMİ: Həcc ziyarəti üçün ayrılan kvotanın 15 faizi tamamlanıb, qeydiyyat yanvara qədər davam edəcək
Far.Az xəbər saytı

QMİ: Həcc ziyarəti üçün ayrılan kvotanın 15 faizi tamamlanıb, qeydiyyat yanvara qədər davam edəcək


Həcc ziyarətinə sənəd qəbulu kvota dolanadək davam edəcək. Bu, təxminən, yanvar ayına təsadüf edəcək.

Far.Az xəbər verir ki, bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, həcc ziyarəti üçün ayrılan kvotanın 15 faizi tamamlanıb.

"İlkin olaraq QMİ bir nəfər üçün ziyarət paketinin qiymətini ötən ildə olduğu kimi 6100 ABŞ dolları müəyyən edib. Ancaq bundan əvvəl bildirdiyimiz kimi məbləğ az miqdarda arta da bilər", - Vüsal Cahangiri bildirib.

Xatırladaq ki, həcc ziyarəti üçün ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır), şəxsiyyət vəsiqəsinin surəti, 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda), sağlamlıq haqqında arayış tələb olunur.

Sənədlərin qəbulu iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.

Oxşar xəbərlər

Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Şəkidə ilk dəfə "Sağlamlıq Günləri" keçirilir
Halvaçılığdan ipəkçiliyə, tarixin rəngli pəncərələrinə - Şəki SƏFƏRİ
Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ! - Qiymətlər AÇIQLANDI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər