Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub
Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru" Ümumdünya Sammiti çərçivəsində "Uşağın gözü ilə dünya" sərgisi təşkil edilib.
BAKU.WS xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 22-də sərgi ilə tanış olub.
Qeyd edək ki, sərgi Özbəkistanda ana və uşaq sağlamlığının qorunması, təhsil, reabilitasiya, inklüzivlik və uşaq hüquqlarının müdafiəsi sahələrində həyata keçirilən islahatlara həsr olunub.
Ekspozisiya uşağın doğulduğu andan müstəqil həyata qədəm qoymasına qədər inkişaf mərhələlərini əhatə edən 13 tematik bölmə və interaktiv zonadan ibarətdir. Burada erkən uşaqlıq dövründə sağlamlığın qorunması, ailələrə sosial dəstək, reabilitasiya xidmətləri, inklüziv təhsil və uşaqların hüquqlarının təmin olunması istiqamətində görülən işlər təqdim edilir.
Sonra Leyla Əliyeva İmam əl-Buxarinin memorial kompleksini ziyarət edib.
Leyla Əliyevaya İslam dünyasının görkəmli alimlərindən biri, hədis elminin ən nüfuzlu nümayəndələrindən olan İmam Məhəmməd ibn İsmayıl əl-Buxarinin (810–870) elmi irsinin öyrənilməsi və təbliği məqsədilə yaradılmış müasir kompleks barədə məlumat verilib.
Qeyd olunub ki, genişmiqyaslı yenidənqurma işlərindən sonra kompleks mühüm mənəvi-maarifləndirici və turizm mərkəzinə çevrilib. Burada zəvvarların və xarici turistlərin qəbulu, eləcə də İslamın mədəni və elmi irsinin öyrənilməsi üçün zəruri şərait yaradılıb.
Qalereya
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Beynəlxalq mediaforumun iştirakçıları Özbəkistanda İmam əl-Buxari kompleksini ziyarət ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal və Binəqədinin bir hissəsində işıq olmayacaq
-
"Gəncə Mall"da oğurluq
-
Türk dövlətləri konstitusiya məhkəmələrinin nümayəndələri Xankəndidə görüşdülər
-
"Araz-Naxçıvan"ın prezidenti Ceyhun Sultanov: "8 turun nəticələrindən razı qalmaq mümkün deyil"
-
BDU-da Yer elmləri və ətraf mühit tədqiqatları Mərkəzi yaradılır
-
Sumqayıtda mühafizəçi işlədiyi şirkətdən oğurluq etməkdə şübhəli bilinir













