SOCAR-dan Şimal bölgəsində yanacaq verilişinin dayandırılması iddialarına cavab
Far.Az xəbər saytı

SOCAR-dan Şimal bölgəsində yanacaq verilişinin dayandırılması iddialarına cavab


Sosial şəbəkələrdə Azərbaycanın Şimal bölgəsində fəaliyyət göstərən bir sıra yanacaqdoldurma məntəqələrinə yanacaq verilişinin dayandırılması ilə bağlı məlumatlar yayılıb. İddialara görə, "Azpetrol" istisna olmaqla, Quba, Xaçmaz, Xudat, Qusar, Şabran və Siyəzəndə fəaliyyət göstərən digər yanacaqdoldurma məntəqələrinə yanacaq verilmir.

Yayılan məlumatlarda yanacaq verilişinin "SOCAR Petroleum" QSC-nin Xaçmaz Neft Terminalı Bazası № 10-dan həyata keçirilmədiyi bildirilir.

Həmçinin qeyd olunur ki, bəzi yanacaqdoldurma məntəqələrində yanacaq ehtiyatı olsa da, bu ehtiyat təxminən bir gün ərzində tükənə bilər. Bu isə yanacaq satışında fasilələrin yaranması ehtimalını artırır.

Far.Az APA-ya istinadən xəbər verir ki, "SOCAR Petroleum" QSC tərəfindən bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkədə Şimal bölgəsində - Quba, Xaçmaz, Xudat, Qusar, Şabran və Siyəzəndə - fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinə yanacaq verilişinin dayandırılması və Xaçmaz Neft Terminalı ərazisində yanacaq təchizatının məhdudlaşdırılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Bildiririk ki, "SOCAR Petroleum" QSC-nin Xaçmaz Neft Terminalı Bazasında kifayət qədər yanacaq ehtiyatı mövcuddur və bölgədəki məntəqələrin yanacaqla təminatı adi iş rejimində, fasiləsiz həyata keçirilir. Yanacaq verilişinin dayandırılması və ya məhdudlaşdırıcı tədbirlərin görülməsi barədə iddialar tamamilə əsassızdır.

Şirkətimiz istehlakçıların və tərəfdaş məntəqələrin fasiləsiz yanacaqla təchizatını tam nəzarətdə saxlayır. Tədarük zəncirində heç bir gecikmə və ya çatışmazlıq müşahidə olunmur.

Media nümayəndələrindən və ictimaiyyətdən dəqiqləşdirilməmiş, rəsmi mənbələrə istinad edilməyən məlumatlara etibar etməmələri xahiş olunur", - deyə şirkətin açıqlamasında vurğulanıb.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bakıdakı bazarlardan birində balıq kürüsü satışında ciddi nöqsanlar aşkarlanıb
Turistləri heyran qoyan DİYAR: Alov, neft və palçığın qovuşduğu məkandan FOTOREPORTAJ
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
"Azpetrol" şirkəti 29 yaşını qeyd edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər