Dünya çempionatı: Azərbaycan güləşçilərindən üçü mübarizəyə başlayır, ikisi final görüşünə çıxacaq
Far.Az xəbər saytı

Dünya çempionatı: Azərbaycan güləşçilərindən üçü mübarizəyə başlayır, ikisi final görüşünə çıxacaq


Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatı davam edir.

"Report"un məlumatına görə, bu gün Azərbaycanın 6 yunan-Roma güləşçisi döşək üzərinə çıxacaq.

Ülvi Qənizadə (72 kq) yarışa 1/8 final mərhələsindən start verəcək.

Murad Əhmədiyev (97 kq) təsnifat mərhələsində Con Bin Kvonla (Cənubi Koreya) üz-üzə gələcək.

Sərxan Məmmədov (130 kq) isə brazilyalı Gilerme Evangelista Diası sınağa çəkəcək.

Axşam arasında iki təmsilçimiz çempionluq uğrunda mübarizə aparacaq.

4 qat dünya çempionu Eldəniz Əzizli (55 kq) finalda iranlı Payam Əhmədi ilə güləşəcək.

Sənan Süleymanov (77 kq) isə qızıl medal uğrunda görüşdə moldovalı Aleksandrin Qutu ilə qarşılaşacaq.

Xatırladaq ki, turnir noyabrın 1-də başa çatacaq.

Oxşar xəbərlər

Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Azərbaycan güləşçiləri bu gün dünya çempionatında mübarizə aparacaq
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər