TƏBİB Bahadur Rzayevə həvalə olundu
TƏBİB-in İcraçı direktorunun vəzifələrinin icrası müavin Bahadur Rzayevə həvalə edilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bahadur Rzayev bu gündən TƏBİB-in İcraçı direktorunun səlahiyyətlərini icra etməyə başlayıb.
Qeyd edək ki, Bahadur Rzayev daha əvvəl TƏBİB-in İcraçı direktorunun müavini təyin edilib.
"Yüksəliş" müsabiqəsinin finalçısı olan Bahadur Rzayev 2022-2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində İngiltərənin Birmingem Universitetində "Səhiyyə siyasəti və idarəolunması" ixtisası üzrə təhsil alıb və proqram birincisi olub.
B.Rzayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə bakalavr, İstanbul Universitetində isə təşkilatların idarəolunması üzrə magistr təhsili alıb. 2018-2019-cu illərdə Almaniyanın RWTH Aachen Universitetində liderlik və təşkilati səmərəliliyin artırılması mövzusunda elmi araşdırmalar aparıb.
Peşəkar fəaliyyəti ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində departament rəhbəri, daha sonra isə İdarə Heyəti sədrinin müşaviri vəzifələrində çalışıb. Bu müddətdə reabilitasiya xidmətlərinin təşkili, keyfiyyətə nəzarət və xidmətlərin idarə olunması istiqamətlərində fəaliyyət göstərib.
Bahadur Rzayev səhiyyə menecmenti, tibbi xidmətlərin təşkili, səhiyyədə rəqəmsal həllərin tətbiqi, keyfiyyət idarəçiliyi və strateji planlaşdırma sahələrində ixtisaslaşıb. Son təyinatından əvvəl TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb
FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi keçirilib
Hər kəs üçün təhsil: İnklüzivliyə dair ilk üçdilli kitab təqdim olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kobud müdaxilə, ikili standart: İranın elm nazirinin azərbaycanlı qızlara dəvətinin arxasında nə dayanır?
-
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
-
E5-in müdafiə nazirləri: Avropa Rusiyaya təzyiqi artıracaq, Ukraynaya dəstəyi genişləndirəcək
-
Azərbaycanın "arzuolunmaz şəxs" elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb
-
Ukraynada dronların istehsalında donuz piyindən istifadə edilir?
-
Türkiyə Super Liqası: "Qalatasaray" "Fənərbağça"nı məğlub edib













