Boris Nəcəfov: "Oceanman Azerbaijan Sea Breeze" açıq suda üzmə yarışı fantastik təcrübə olacaq"
Far.Az xəbər saytı

Boris Nəcəfov: "Oceanman Azerbaijan Sea Breeze" açıq suda üzmə yarışı fantastik təcrübə olacaq"


"Oceanman Azerbaijan Sea Breeze" açıq suda üzmə yarışı fantastik təcrübə olacaq.

"Report"un məlumatına görə, bu barədə Boris Nəcəfov mətbuat konfransında deyib.

Cəbəllütariq boğazını üzərək keçən ilk azərbaycanlı olan idmançı 2027-ci ildə baş tutacaq turnirlə bağlı danışıb:

"Tədbir fantastik keçəcək və bu, həqiqətən də fantastik təcrübə olacaq. Biz nəinki böyüklərdən, həm də uşaqlardan danışırıq. Bizim onlar üçün xüsusi kateqoriyamız, həmçinin böyük uşaqlar, yeniyetmələr var. Beləliklə, burada hətta 10 yaşlı uşaqlar da iştirak edə bilər. Yarışın rəsmi saytında iştirak qiymətləri ilə tanış ola bilərsiniz. Qeydiyyat bir neçə dəqiqə əvvəl başlayıb, artıq iki nəfər qeydiyyatdan keçib".

Qeyd edək ki, turnir 2027-ci ilin sentyabrında "Sea Breeze" ərazisində keçiriləcək. Tədbir müxtəlif ölkələrdən peşəkar idmançıları, üzgüçülük həvəskarlarını və qonaqları bir araya gətirəcək. "Oceanman" yarışının mərhələləri dünyanın 35-dən çox ölkəsində keçirilir. Seriya peşəkar idmançıları, təcrübəli üzgüçüləri, 7–75 yaşarası həvəskarları, ailələri və korporativ komandaları bir araya gətirir.

"Oceanman Azerbaijan – Sea Breeze" yarışlarının proqramına müxtəlif məsafələr üzrə üzgüçülük yarışları daxildir. İştirakçılar 10 kilometrlik "Oceanman", 5 kilometrlik "Half Oceanman" və 2 kilometrlik sprint yarışlarında mübarizə aparacaqlar.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər