Sumqayıt Tibb Mərkəzi yol qəzasında dünyasını dəyişən şəxslə bağlı məlumat yayıb - YENİLƏNİB
Yol-nəqliyyat hadisəsi ilə bağlı 21.08.2024-cü il tarixində saat 07:20-də 2005-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Sumqayıt Tibb Mərkəzindən “Report”un yerli bürosuna məlumat verilib ki, ağır kəllə beyin travması, baş beynin əzilməsi, döş qəfəsinin əzilməsi diaqnozları qoyulan şəxs aqonal vəziyyətdə reanimasiyaya yerləşdirilib. Aparılan reanimasyon tədbirlərə baxmayaraq 07:26-da ölüm qeydə alınıb.
Meyit təşrih üçün Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.
Sumqayıtda sərnişin avtobusu ilə minik avtomobili toqquşub.
"Report"un yerli bürosu məlumat verir ki, hadisə "Saray körpüsü"ün yaxınlığına qeydə alınıb.
1961-ci il təvəllüdlü Ağayev Namiq Sabir oğlunun idarə etdiyi 16-19 saylı xətt üzrə işləyən "Paz" markalı 10-JR-983 nömrə nişanlı avtobus, 2005-ci il təvəllüdlü Mirzəyev Cavidan İsmayıl oğlunun idarə etdiyi özünə məxsus “Xəzər” markalı 20-EK-097 nömrə nişanlı avtomobillə toqquşub.
Cavidan Mirzəyev qapalı kəllə beyin travması ilə xəsarəti aldığı üçün Sumqayıt TTYX-nın reanimasiya şöbəsinə yerləşdirilsə də, aldığı xəsarətdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Qaradağ rayonunda zəncirvari qəza olub, ölən və xəsarət alan var - YENİLƏNİB-1
Qaxda mikroavtobusla minik avtomobili toqquşub, Türkiyə vətəndaşı xəsarət alıb - FOTO - YENİLƏNİB
Qaxda mikroavtobusla minik avtomobili toqquşub, Türkiyə vətəndaşı xəsarət alıb
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Şəmkirdə yük və minik avtomobilləri toqquşub, 2 nəfər ölüb - FOTO - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yunanıstan-Azərbaycan Hökumətlərarası Komissiyanın növbəti iclası oktyabrda Afinada keçiriləcək
-
BVF Venesuelaya maliyyə dəstəyi proqramı hazırlamağı planlaşdırır
-
Cozef Aun: Livanın İsraillə danışıqları zəifliyin təzahürü deyil
-
SEPAH gəmilərin Hörmüz boğazından keçməsi üçün yeni qaydalar müəyyənləşdirib
-
Antalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib - YENİLƏNİB
-
Levan Jorjoliani: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını məmnuniyyətlə dəstəkləyirik













