Hava proqnozu: Bakı və Abşeron yarımadasına yağış, dağlıq ərazilərə qar yağacaq
Bakıda və Abşeron yarımadasının bəzi yerlərinə noyabrın 30-da arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən "Far.Az"a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi axşam bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 8-10° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 9-12° isti, dağlarda gecə 2-5° şaxta, gündüz 0-2° şaxta olacaq.
Oxşar xəbərlər
Küləkli hava şəraiti bu vaxta qədər DAVAM EDƏCƏK
Bayram və istirahət günlərində Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb
Bayram günlərinin havası açıqlanıb
Bayramın bu günlərində YAĞIŞ YAĞACAQ - Tarixlərə görə PROQNOZ
Bayram günlərinin hava proqnozu açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək













