Rumıniyada son sutkada PUA-larla bağlı dörd dəfə həyəcan siqnalı verilib, üç gəmi zədələnib
Far.Az xəbər saytı

Rumıniyada son sutkada PUA-larla bağlı dörd dəfə həyəcan siqnalı verilib, üç gəmi zədələnib


Rumıniyada son 24 saat ərzində pilotsuz uçuş aparatları (PUA) ilə bağlı dörd dəfə həyəcan siqnalı verilib, ötən həftəsonu isə üç gəmi zədələnib.

"Far.Az"un Avropa bürosunun verdiyi məlumata görə, bunu Rumıniyanın yeni xarici işlər naziri Dan Nekulesku Brüsseldə Avropa İttifaqının (Aİ) Xarici İşlər Şurasının iclasından əvvəl bildirib.

O qeyd edib ki, Buxarest ölkənin təhlükəsizliyinin gücləndirilməsi üçün vəsait və imkanların təqdim edilməsini davam etdirmək xahişi ilə Aİ üzrə tərəfdaşlarına müraciət etmək niyyətindədir: "Bu qəbuledilməzdir. Bu gün mən mövqeyimizi açıq şəkildə bildirmək və həmkarlarımdan Rumıniyanın təhlükəsizliyinin gücləndirilməsi üçün imkanların verilməsini davam etdirmələrini xahiş etmək niyyətindəyəm. Eyni zamanda, bu istiqamətdə NATO və Aİ-nin fəaliyyətinin əlaqələndirilməsi tərəfdarı kimi çıxış edəcəm".

Ukraynadakı münaqişənin nizamlanmasından bəhs edən D.Nekulesku ABŞ-nin sülh danışıqlarına kömək etmək səylərinin bərpasını, eləcə də Avropanın maraqlarını təmsil edən Avropa qrupunun formalaşmasını alqışlayıb.

O vurğulayıb ki, Ukrayna ilə 640 kilometrlik ümumi sərhədə malik olan Rumıniya danışıqlar prosesinin gedişatında dinlənilməlidir.

Oxşar xəbərlər

Son sutkada bir İtaliya, 17 Azərbaycan vətəndaşı İrandan təxliyə edilib
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər