Azərbaycanda daha bir həkim vəfat etdi
Far.Az xəbər saytı

Azərbaycanda daha bir həkim vəfat etdi


Sumqayıt Tibb Mərkəzinin həkimi Şahin Əliyev vəfat edib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin 7 nömrəli Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-terapevti Şahin Əliyev dünyasını dəyişib.

Qeyd edək ki, 1978-ci ildə Sumqayıt şəhərində anadan olan Şahin Əliyev 1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 2001-2002-ci illərdə 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında terapiya üzrə internatura təhsili alıb.

2002-2022-ci illərdə Sumqayıt 3 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında sahə həkimi vəzifəsində çalışıb. 2022-ci il yanvarın 4-dən etibarən isə 7 nömrəli Ailə Sağlamlıq Mərkəzində ailə həkimi-terapevti kimi fəaliyyət göstərib.

Məlumata görə, Şahin Əliyev müalicə aldığı xəstəxanada vəfat edib.

Xatırladaq ki, ötən gün "Caspian International Hospital"ın təcili tibbi yardım həkimi Vüqar Vahid oğlu İbrahimov vəfat edib. Onun infarkt keçirərək öldüyü bildirilir.

Azərbaycanda daha bir həkim vəfat etdi

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər