Si Cinpin: Rusiya ilə münasibətlərimiz təlatümlü və xaotik dünyaya sabitlik və müəyyənlik gətirir
Çin və Rusiya münasibətləri geniş perspektivlərə malikdir və dünya konyunkturasının təsirinə məruz qalmır.
"Far.Az" Rusiya mediasına istinadən xəbər verir ki, bunu Çin Sədri Si Cinpin Şençjendə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı iqtisadi liderlərinin 33-cü görüşü çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı bildirib.
"Sizinlə birgə qətiyyətli rəhbərliyimiz altında Çin-Rusiya münasibətləri geniş perspektivlərə malikdir və dünya konyunkturasının təsirinə məruz qalmır", - Çin lideri qeyd edib.
O əlavə edib ki, iki ölkə arasındakı münasibətlər təlatümlü və xaotik dünyaya sabitlik və müəyyənlik gətirir.
Öz növbəsində Putin bildirib ki, iki ölkə arasındakı münasibətlər "yüksələn xətlə" inkişaf edir, ticarət dövriyyəsi artır: "Ölkələrimiz arasındakı ticarət dövriyyəsi ardıcıl bir neçə ildir ki, 200 milyard dollar həddini əhəmiyyətli dərəcədə aşıb. Bu, bizim bu yaxınlarda qarşımıza qoyduğumuz hədəfdir".
Hazırda Putin və Si Cinpin işgüzar səhər yeməyi zamanı danışıqlar aparırlar.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər













