Almaniya XİN: Azərbaycan şirkətləri ilə birgə investisiyalar üçün potensiala malikik
Far.Az xəbər saytı

Almaniya XİN: Azərbaycan şirkətləri ilə birgə investisiyalar üçün potensiala malikik


Almaniya və Azərbaycan şirkətləri xüsusən də enerji sektorunda, o cümlədən "yaşıl hidrogen" istehsalı və bərpa olunan enerji mənbələrinin inkişafı sahələrində birgə investisiyalar üçün əhəmiyyətli potensiala malikdirlər.

"Far.Az" xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nazir Yohan Vadefulun Bakıya səfərinin yekunlarına dair sosial şəbəkələrdəki məlumatında bildirilib.

Qeyd edilib ki, səfər zamanı Vadeful Azərbaycan Prezidenti İlham Əliyev və XİN rəhbəri Ceyhun Bayramovla danışıqlar aparıb. Tərəflər siyasi, iqtisadi, müdafiə, mədəniyyət və elm sahələrində əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş ümumi strateji gündəliyi müzakirə ediblər.

Almaniyanın xarici siyasət idarəsindən vurğulanıb ki, Azərbaycan artıq Almaniyanın Cənubi Qafqazda mühüm və etibarlı ticarət tərəfdaşıdır. Almaniya şirkətləri ölkəyə avtomobillər, avadanlıqlar və kimya məhsulları ixrac edirlər.

Xəbər yenilənir

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər