Prezidentin ehtiyat fondunun vəsaitinin artırılması təklif olunur
Prezident İlham Əliyevin ehtiyat fondunun vəsaiti artırılmalıdır.
"Report" xəbər verir ki, bunu deputat Novruzəli Aslanov Milli Məclisin bu gün keçirilən plenar iclasında - “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Mən hər il büdcə müzakirələrində dövlət başçısının ehtiyat fondunun vəsaitinin artırılması təşəbbüsü ilə çıxış edirəm. Fondun hesabına sosial-iqtisadi sahələrdə mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilir. Xüsusilə mümkün fövqəladə hallarda fəlakətlərin və qəzaların nəticələrinin aradan qaldırılması istiqamətində çevikliyin təmin edilməsi üçün artım çox vacib şərtdir”, - deyə o qeyd edib.
Xatırladaq ki, 2025-ci ildə Prezident İlham Əliyevin ehtiyat fondu 2024-cü illə müqayisədə eyni - 300 milyon manat olacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub













