Bakıda Azərbaycan-Litva biznes-forumu keçiriləcək
Far.Az xəbər saytı

Bakıda Azərbaycan-Litva biznes-forumu keçiriləcək


Azərbaycan-Litva biznes-forumu Litvanın xarici işlər naziri Kestutis Budrisin noyabrın 25-26-da səfəri çərçivəsində Bakıda keçiriləcək.

Bu barədə "Report" Litvanın Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.

Nazirlikdən qeyd edilib ki, K. Budris Bakıda Azərbaycanın rəsmi şəxsləri, akademik ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirəcək, həmçinin iki ölkənin sahibkarlarının iştirakı ilə biznes-forumda iştirak edəcək.

"İkitərəfli görüşlər zamanı tərəflər Litva və Azərbaycan arasında münasibətlərin inkişaf perspektivlərini, iqtisadi əməkdaşlığın genişləndirilməsini, Litvanın Avropa İttifaqı Şurasının gələcək sədri kimi ittifaqın Azərbaycanla dialoqunu gücləndirmək səylərini, regional təhlükəsizlik məsələlərini, Ukrayna ətrafındakı vəziyyəti və geosiyasi durumu müzakirə edəcəklər", - məlumatda qeyd olunub.

Səfər çərçivəsində Litva diplomatiyasının rəhbəri Bakıda Şəhidlər xiyabanına gül qoyaraq 20 yanvar 1990-cı il faciəli hadisələrinin ("Qara Yanvar") qurbanlarının xatirəsini yad edəcək.

Oxşar xəbərlər

Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Rəsmilər Şəhidlər xiyabanında
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını, Zəfər abidəsini ziyarət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər