Kriştiano Ronaldunun Çində ilk muzeyi açıldı
Far.Az xəbər saytı

Kriştiano Ronaldunun Çində ilk muzeyi açıldı


Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldonun Çində ilk muzeyi fəaliyyətə başlayıb. Muzey Şanxay şəhərində yerləşən 1 nömrəli ticarət mərkəzində yaradılıb və təxminən 3 000 kvadratmetr sahəni əhatə edir.

Far.Az-in məlumatına görə, bu barədə Portuqaliyanın "A Bola" nəşri məlumat yayıb.

Muzeyin girişində futbolçunun Portuqaliya millisinin forması ilə təsvir olunduğu 7 metrlik heykəli ucaldılıb. Ronaldonun qollarını qeyd edərkən nümayiş etdirdiyi məşhur sevinc hərəkətini əks etdirən heykəlin müəllifləri onun dünyada tam boy ölçüsündə hazırlanmış ən hündür futbolçu heykəli olduğunu bildirirlər.

Ekspozisiya 10 tematik bölmədən ibarətdir. Ziyarətçilər burada Ronaldonun Portuqaliyanın Madeyra adasındakı uşaqlıq illərindən başlayaraq dünya futbolunun ən məşhur simalarından birinə çevrilməsinə qədər keçdiyi yolu izləyə bilərlər.

Muzeydə futbolçunun "Sportinq" akademiyasında yaşadığı yataqxana otağının, qonaq otağının, paltardəyişmə məkanlarının, eləcə də Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun stadionundakı oyunöncəsi tunelin oxşar nümunələri yaradılıb.

Muzeyin kolleksiyasına Ronaldonun doğulduğu Funşal şəhərindən Şanxaya gətirilən 50-dən çox eksponat daxil edilib. Bunların arasında müxtəlif kuboklar, oyun formaları və futbolçunun istifadə etdiyi butslar da var.

Kriştiano Ronaldunun Çində ilk muzeyi açıldı

Kolleksiyanın ən diqqətçəkən nümunələrindən biri Ronaldonun 2008-ci ildə qazandığı "Qızıl top" mükafatıdır. Bununla yanaşı, Avropa çempionluğu kuboku, futbolçunun meydana çıxdığı butslar və "Real Madrid"in heyətində vurduğu 350-ci qola həsr olunmuş forma da sərgilənir. Həmin formanın üzərində Zinəddin Zidanın və komandanın digər futbolçularının imzaları yer alır.

Ekspozisiyada Şanxay muzeyi üçün xüsusi hazırlanmış və Ronaldonun şəxsi imzasını daşıyan forma da nümayiş etdirilir.

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
Ramana Qəsri yeni muzey konsepsiyası ilə fəaliyyətə başlayıb
"People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb
Kriştiano Ronaldonun keçmiş sevgilisinə çoxlu pul təklif ediblər - SƏBƏB...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər