Faktiki hava: Naxçıvanda dörd dərəcə şaxta olub
Far.Az xəbər saytı

Faktiki hava: Naxçıvanda dörd dərəcə şaxta olub


Ölkə ərazisində hava şəraiti, əsasən, yağmursuz keçib.

"Report" xəbər verir ki, bu, Milli Hidrometeorologiya Xidmətinin noyabrın 29-u saat 11:00-a olan məlumatında öz əksini tapıb.

Qeyd olunub ki, düşən yağıntının miqdarı Quba, Qusar, Naxçıvanda 1 mm-dək olub.

Şəmkir, Lerik, Yevlax duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10° isti, Naxçıvan MR-da 4° şaxtadan 2°-dək isti, Aran rayonlarında 3° isti, dağlıq ərazilərdə 1°-dək isti qeydə alınıb.

Oxşar xəbərlər

Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq - AYLIQ PROQNOZ
Fevralda havanın temperaturu iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ
Fevral ayına olan hava proqnozu açıqlanıb
Yanvarda Bakıya qar yağacaq? - AYLIQ PROQNOZ
Dekabrın ilk ongünlüyündə hava yağıntılı olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər