İsveçrəlilər referendumda silah ixracının sadələşdirilməsini dəstəkləyib - Yenilənib-2
İsveçrə sakinləri referendumda silah ixracının şərtlərini dəyişdirən "Hərbi materiallar haqqında" Qanuna edilən dəyişikliyi dəstəkləyiblər.
"Report" xəbər verir ki, bu barədə ölkə hökumətinin portalında deyilir.
İlkin nəticələrə görə, noyabrın 29-da keçirilən səsvermədə seçicilərin 54,29 %-i (1 439 715 nəfər) dəyişikliyə səs verib, 45,71 %-i (1 212 223 nəfər) təklifin əleyhinə çıxıb.
Referendumda iştirak 48,03 % təşkil edib. Qanun layihəsi silahların, silah sistemlərinin və onların komponentlərinin ixracı üçün şərtləri müəyyənləşdirir. Əgər bu, İsveçrənin bitərəfliyinə, xarici siyasət və təhlükəsizlik maraqlarına uyğundursa, indi silahlı münaqişədə iştirak edən tərəfdaş dövlətə hərbi texnikanın tədarükü mümkün olacaq. Federal Şura ölkənin maraqlarını qorumaq üçün lazım olan müstəsna hallarda icazə meyarlarına cavab verməkdən imtina edə biləcək.
İsveçrədə seçicilərin təxminən 54 %-i noyabrın 29-da keçirilən referendumda silah ixracı qaydalarının yumşaldılmasını dəstəkləyib.
"Report" xəbər verir ki, bu cür ilkin nəticələri "gfs.bern"in təhlilinə istinadən "SRG SSR" teleradioşirkəti təqdim edir.
Hərbi materiallar haqqında qanuna qəbul edilmiş düzəlişlər Avropa İttifaqı dövlətləri, ABŞ, Böyük Britaniya, Kanada, Yaponiya və Avstraliya da daxil olmaqla, 36 Qərb ölkəsinə, hətta onlar silahlı münaqişələrdə iştirak etsələr belə, silah tədarükünün sadələşdirilməsini nəzərdə tutur.
Bundan əlavə, İsveçrə silahı alıcılarından onun sonradan üçüncü ölkələrə ixracı üçün avtomatik olaraq Berndən icazə almaları artıq tələb olunmayacaq. Bununla belə, hökumət təhlükəsizlik, xarici siyasət və neytrallıq mülahizələrinə əsaslanaraq bu cür tədarükləri bloklamaq hüququnu özündə saxlayacaq.
İsveçrədə silah ixracına məhdudiyyətlərin yumşaldılması məsələsi üzrə ümumxalq səsverməsi keçirilir.
"Report"un "Reuters"ə istinadən məlumatına görə, referendum ölkənin ənənəvi bitərəfliyinin sınağı kimi dəyərləndirilir.
Müzakirələr 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları başladıqdan sonra kəskinləşib. O zaman Bern Avropa dövlətlərinə əvvəllər İsveçrədən alınmış sursat və hərbi texnikanı Kiyevə verməyi qadağan edib. Bu, silah ixracının azalmasına səbəb olub və milli müdafiə sənayesinin vəziyyəti ilə bağlı narahatlıq doğurub.
Ötən il parlament qaydaların yumşaldılmasını təsdiqləyib. Düzəlişlər İsveçrəyə hətta silahlı münaqişələrdə iştirak etsələr belə, 36 Qərb ölkəsinə silah ixrac etməyə imkan verəcək, həmçinin əvvəllər alınmış texnikanın təkrar ixracı üçün Berndən icazə alınması tələbini ləğv edəcək. Bununla belə, İsveçrə silahlarının Ukraynaya tədarükünə dair məhdudiyyətlər qorunub saxlanılacaq.
Təşəbbüsün tərəfdarları hesab edirlər ki, dəyişikliklər ölkənin müdafiə qabiliyyətini gücləndirmək və silah sənayesini dəstəkləmək üçün zəruridir. Əleyhdarlar isə xəbərdarlıq edirlər ki, yumşalmalar İsveçrənin bitərəfliyini sarsıda və onun silahlarından vətəndaş münaqişələrində istifadə riskini artıra bilər.
"Tamedia" qrupunun sorğusunun məlumatlarına görə, referendum ərəfəsində ictimai rəy ikiyə bölünüb: respondentlərin 49 %-i məhdudiyyətlərin yumşaldılmasını dəstəkləyib, 48 %-i isə buna qarşı çıxıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək













