Azərbaycan Basketbol Liqasında bu gün iki oyun keçiriləcək
Azərbaycan Basketbol Liqasının IV turunda bu gün daha iki oyun keçiriləcək.
"Report" xəbər verir ki, A qrupunda "Sabah" evdə NTD-ni qəbul edəcək. Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq oyuna saat 12:30-da start veriləcək.
"Sabah" hazırda A qrupunda 6 xalla ikinci yerdə qərarlaşıb. 4 xala malik NTD isə dördüncüdür.
B qrupunda "Sumqayıt" səfərdə "Quba"nın qonağı olacaq. Quba Olimpiya İdman Kompleksində keçiriləcək qarşılaşmanın start fiti saat 17:30-da səsləndiriləcək. "Quba" klubu hazırda 3 xalla beşinci yerdədir. Eyni xala malik "Sumqayıt" isə sonuncu - 6-cı pillədədir.
Qeyd edək ki, IV turun noyabrın 26-da keçirilmiş "Abşeron" – "Naxçıvan" oyunu birincilərin məğlubiyyəti ilə yekunlaşmışdı - 68:72. Ötən gün isə "Ordu" klubu səfərdə "Lənkəran"ı məğlub edib - 92:55. Turun digər matçları dekabrın 1-də baş tutacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Basketbol Liqası: Bu gün IV turun daha bir matçı keçiriləcək
Azərbaycan Basketbol Liqasında "Ordu" "Lənkəran"a qalib gəlib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Premyer Liqa: XV turda daha iki görüş baş tutacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İrançılıq düşüncəsinin paradoksları
-
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
-
Tramp: Ukraynadakı müharibə sona yaxınlaşır
-
Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq
-
QMİ sədri: Süni intellekt insanı ibadətdə əvəz etməməlidir
-
Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin bahalaşdı













