“Əshabi-Kəhf”ə gedən avtomobil yolu əsaslı təmir olunub
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinin, Culfa şəhərdaxili və Darıdağ Arsenli Su Müalicə Mərkəzinin avtomobil yolları əsaslı təmir olunub.
"Far.Az"un yerli bürosu xəbər verir ki, “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Bəhruz Əsgərov məlumat verib ki, 13,9 km uzunluğu olan “Əshabi-Kəhf” yolunun köhnə asfalt-beton örtüyü sökülüb, yol əsasına torpaq və qum-çınqıl materialı verilərək bərkidilib, yol yatağı genişləndirilərək üçqat asfalt örtüyü salınıb.
Yolun torpaq hissəsinin eni 11, asfalt hissəsinin eni isə 7,4 metrdir. Avtomobil yolunda 80 müvafiq yol nişanı və 600 işıq əksetdirici siqnal dirəkləri quraşdırılıb.
Culfa şəhərinin mərkəzi avtomobil yolu ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki,7,8 kilometr uzunluğunda mərkəzi avtomobil yollarınaikiqat asfalt örtüyü salınıb. 910 ton yol keçidi və qapı ağızlarında asfalt-beton işləri aparılıb. 7-9 metr enində asfaltlanan yolda 52 müvafiq nişan quraşdırılıb, təhlükəsiz və rahat hərəkət təmin edilib.
Darıdağ Arsenli Su Müalicə Mərkəzinə gedən avtomobil yoluna baxış zamanı məlumat verilib ki, yolun əsası bərkidilib, 3,5 km məsafədə üçqat asfalt örtüyü salınıb. Yolun torpaq hissəsinin eni 10, asfalt hissəsinin eni isə 8 metrdir. Müvafiq yerlərdə sürət həddini nizamlamaq, təhlükəsiz hərəkəti təmin etmək üçün 52 yol nişanı və 156 işıq əksetdirici siqnal dirəkləri quraşdırılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Salyan şosesində asfaltlanma işləri aparılır
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Milli, etnik və dini düşmənçiliyin salınmasına hesablanmış anti-Azərbaycan şəbəkə
Milli, etnik və dini düşmənçiliyin salınmasına hesablanmış anti-Azərbaycan dəstə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub













