Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
ABŞ Prezidenti Donald Tramp Marko Rubionun Dövlət Departamentinin rəhbəri vəzifəsində qalacağını bildirib və onu 2028-ci ilin prezident seçkilərində respublikaçıların mümkün namizədi kimi qeyd edib.
"Report"un məlumatına görə, Amerika lideri bu barədə "CBS News"a müsahibəsində bildirib.
Rubionun ABŞ dövlət katibi vəzifəsində qalıb-qalmayacağı ilə bağlı suala cavab olaraq Tramp deyib: "Düşünürəm ki, bəli. Bu vəzifə onun çox xoşuna gəlir və əla iş görür. O, fantastik iş görür."
Müsahibə zamanı ondan növbəti prezident seçkilərində respublikaçı namizədlərdən hər hansı birini dəstəkləmək niyyətində olub-olmadığı da soruşulub.
"Ola bilsin, amma mütləq deyil. Bizim fantastik namizəd seçimimiz var. Mənim əla münasibətlərimin olduğu çoxlu insan var", - o cavab verib.
Jurnalist Trampdan vitse-prezident Cey Di Vensdən başqa potensial namizədlər arasında kimə üstünlük verdiyini soruşduqda, Amerika lideri Rubionun adını çəkib.
"Düşünürəm ki, Marko möhtəşəmdir", - Prezident qeyd edib.
Tramp həmçinin bir neçə senator da daxil olmaqla, Respublikaçılar Partiyasının digər üzvlərinə yüksək hörmətini vurğulayıb, lakin onların adlarını çəkməkdən imtina edib.
"Ola bilsin, mən qarışaram, bəlkə də etməyəcəyəm. Bilmirəm. Bəlkə də mənim qarışmamağım daha yaxşıdır. Düşünürəm ki, əgər bunu etsəm, böyük fərq yaradacaq, çünki dəstəyim həmişə inanılmaz dərəcədə vacib olub", - o əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Qaraçılar məni əhatəyə aldı, bir də gördüm ki…" - Vahid Məcidovla MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













