Olimpiya çempionları Azercell-in qonağı oldular
Avqust ayının 21-də Azercell-in prezidenti Zərinə Zeynalova Paris Olimpiya Oyunlarında Azərbaycana qızıl medallar qazandıran cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev iləgörüşdü. Görüş Cüdo Federasiyasının və Azercell-in nümayəndə heyətinin iştirakı ilə baş tutdu.
"Azərbaycan yığmasının hər bir çıxışını böyük həyəcanla izləyirdik. Olimpiya Oyunlarının nəticəsi cüdoçularımızın zəhmət və əzmkarlığının bariz nümunəsi oldu. Bayrağımızı Parisdə zirvələrə qaldıraraq bu sevinc hissini bizə yaşatdığınız üçün sizə təşəkkürümüzü bildiririk. Sizinlə fəxr edirik”,- deyə Zərinə Zeynalova idmançıları təbrik etdi.
Z. Zeynalova Azercell və Cüdo Federasiyasının əməkdaşlığı haqqında da danışdı: “Üç ilə yaxındır ki, şirkətimiz Azərbaycan Cüdo Federasiyasının məğrur tərəfdaşıdır.
Cüdoçularımızınardıcıl olaraq dünya miqyasında nüfuzlu çempionatlardan qalibiyyət ilə dönməsibizi qürurlandırır.Sosial məsuliyyətli korporativ vətəndaş kimi bu əməkdaşlığın ölkəmizdə idmanın inkişafı ilə yanaşı, cəmiyyətin rifahının daha da yaxşılaşdırılması üçün faydalıolmasına çalışırıq.
Federasiya ilə birgə səylərimiz nəticəsində “Qızlara ağ yaraşır”, “Söz verirəm” və “Doğru yol budur” adlı layihələri həyata keçirməklə ölkəmizdə qızlar arasında sağlam həyat tərzinin təbliği, erkən nikahların qarşısının alınması, uşaq hüquqlarının qorunması, narkomaniya ilə mübarizə kimi mühüm mövzuları gündəmə gətirməyə müvəffəq olmuşuq. Bu nəticələr tərəfdaşlığımızın məhsuldarlığını bir daha sübut edir”.
Görüş çərçivəsində Olimpiadanın super çempionları Azercell-in “SuperSən” tarif paketinə abunə oldular. Daha sonra qəhrəmanlarımızın Azercell əməkdaşları ilə görüşü baş tutdu.
Ölkənin lider mobil operatoru idmançılarımızı, Azərbaycan Cüdo Federasiyasını və bütün Azərbaycan xalqını bir daha ürəkdən təbrik edir! Hidayət və Zelim, səsiniz daima ən uca zirvələrdən gəlsin!
Far.AzOxşar xəbərlər
Olimpiya çempionları Azercell-in qonağı olub - FOTO
Olimpiya çempionları "Gənc idman liderləri" layihəsinin qonağı olublar
17 gün Parisdə - Xəyalları alt-üst edən acı reallıqla üz-üzə - TƏHLİL
Leyla Əliyeva Hidayət Heydərov və Zelim Kotsayevlə görüşüb - FOTO
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ
-
Azərbaycan şəkər ixracından qazancını 4 dəfədən çox artırıb
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
Antalya Diplomatiya Forumu – Azərbaycanın artan diplomatik çəkisi və yeni reallıqlar - ŞƏRH
-
Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə bərpa işləri ilə tanış olub
-
Sumqayıtda futbol oynayarkən halı pisləşən gənc ölüb













