Türk dövlətləri arasında mediasiya sahəsində beynəlxalq konvensiyanın hazırlanması nəzərdə tutulur
Türk dövlətləri arasında mediasiya sahəsində əməkdaşlığın genişləndirilməsi inteqrasiyaya töhfə verə bilər. Bu sahədə üzv ölkələr arasında beynəlxalq konvensiyanın hazırlanması da nəzərdə tutulur.
Bunu "Far.Az"un yerli bürosuna açıqlamasında Türkiyə Prezident Administrasiyasının Hüquq Siyasətləri Şurasının üzvü Vedat Ali Tektaş bildirib.
O, Ankarada Hakim Evində keçirilən Türk Dünyası Arabulucular Birliyinin tədbirində iştirakı zamanı mediasiya sahəsində əməkdaşlığın ümumi inteqrasiya prosesində rolunu vurğulayıb:
"Türk xalqları arasında tarixi və mənəvi bağlar mühümdür. Lakin bu bağlar müxtəlif sahələrdə institusional əməkdaşlıqla möhkəmləndirilməlidir. Türk dövlətlərinin, türklərin bir arada olmasının, aralarında könül bağının mövcudluğunun nə qədər vacib olduğunu bilirik. Lakin bununla yanaşı, türk dövlətləri olaraq müxtəlif sahələrdə də birliyə ehtiyacımız var. Türk dövlətləri arasında inteqrasiyanın gücləndirilməsi üçün hüquq, təhsil, mədəniyyət və idarəetmə sistemlərinin uyğunlaşdırılması, ortaq standartların yaradılması vacibdir. Sistemlərimiz arasında inteqrasiyanı təmin etdikcə daha güclü olacağıq".
Vedat Ali Tektaş mediasiyanı belə əməkdaşlığın konkret nümunəsi adlandırıb:
"Məhkəmə proseslərinə alternativ olan bu mexanizm mübahisələri daha az xərclə, qısa müddətdə və tərəflərin qarşılıqlı razılığı əsasında həll etməyə imkan verir".
O, İkinci Arabuluculuq Şurasının Türk dünyasında mediasiya fəaliyyətinin inkişafına mühüm töhfə verəcəyinə inandığını deyib:
"Tədbir çərçivəsində birliyə üzv ölkələr arasında beynəlxalq konvensiyanın hazırlanması və imzalanması məsələsi nəzərdə tutulur. Məqsəd mediasiya nəticəsində əldə olunan razılaşmaların üzv ölkələrdə məhkəmə qərarları ilə eyni qaydada icrası üçün hüquqi zəmin yaratmaqdır.
Vedat Ali Tektaş Azərbaycanın mediasiya sahəsindəki nailiyyətlərinə də toxunub və ölkədə Mediasiya Şurasının yaradılmasını müsbət qiymətləndirib.
O, Azərbaycanın ombudsmanlıq sahəsindəki təcrübəsini də yüksək qiymətləndirib. Vedat Ali Tektaş bu istiqamətdə Azərbaycanın Türkiyədən daha irəlidə olduğunu düşündüyünü söyləyib.
Şura üzvü türk dövlətləri arasında yaxınlaşmanın yalnız hüquq sahəsi ilə məhdudlaşmamalı olduğunu bildirrərək təhsil, mədəniyyət və idarəetmə sistemlərində də yaxınlaşmanın zəruriliyini vurğulayıb.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NASA "Voyager-1"dən məlumatların ötürülməsini bərpa etməyə çalışır
-
İsrail "Hizbullah"ın Livanın cənubundakı hədəflərinə zərbələr endirib
-
Serbiyada "Informer" telekanalının baş redaktoru həbs edilib
-
Parisdə minlərlə məktəbli və tələbə etiraz aksiyası keçirib
-
Mask hər il ABŞ-dəki uşaqlara "SpaceX" səhmlərini hədiyyə edəcəyinə söz verib
-
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubunu məğlub edib













