İslandiya klubunun rəsmisi: "Azərbaycanda yüksək qonaqpərvərliklə qarşılaşdıq"
Azərbaycanda yüksək qonaqpərvərliklə qarşılaşdıq.
Bunu "Far.Az"un Mingəçevirə ezam olunan əməkdaşına açıqlamasında İslandiyanın "Haukar" həndbol klubunun İdarə Heyətinin üzvü Qudyon Siquardson deyib.
O, ölkəmizə səfərdən məmnunluğunu ifadə edib:
" Bura gəldiyimiz ilk gündən yüksək qonaqpərvərliklə qarşılaşdıq. İnsanlarınız çox mehriban və gülərüzdürlər. Hər addımda isti münasibətlə üzləşdik. Yeməklərinizi də çox bəyəndik".
Klub rəsmisi Avropa Kubokunun III mərhələsində "Kür"lə keçirdikləri oyunları (30:25, 28:37) da dəyərləndirib:
"Yaxşı rəqibə qarşı iki matçda gücümüzü sınadıq. "Kür" hər iki oyunda bizə çətin anlar yaşatdı. Bununla belə, növbəti mərhələyə adladıq və buna görə sevinirik".
Oxşar xəbərlər
Avropa Kuboku: "Kür" İslandiya klubu ilə üz-üzə gələcək
Avropa Kuboku: "Kür" İslandiya klubu ilə cavab matçına çıxacaq
Avropa Kuboku: "Kür" İslandiya klubuna məğlub olub
"Kür" Avropa Kubokunda mübarizəni dayandırıb
"Kür"ün baş məşqçisi: Mərhələ adlamaq üçün əlimizdən gələni etdik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
Ad günündən qayıdan Ada Süleyman faciəli şəkildə öldü - TƏFƏRRÜAT
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir













