Vasili Berezutski: "Qapıçımız penalti zərbələrinə hazır idi, oyunçularımız yox"
Far.Az xəbər saytı

Vasili Berezutski: "Qapıçımız penalti zərbələrinə hazır idi, oyunçularımız yox"


Qapıçımız penalti zərbələrinə hazır idi, oyunçularımız yox.

"Report" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Vasili Berezutski "Turan Tovuz"a qarşı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis qələbəyə görə futbolçularına təşəkkür edib:

"Futbolçularıma təşəkkür edirəm. Onlar xarakter göstərdilər. Oyun bizim üçün çox çətin alındı. Uşaqlar özlərində güc tapdılar və qələbə qazandıq. Mərhələ adlamağın bizim üçün önəmi böyükdür. "Turan Tovuz"un müdafiəçisi Denis Marandiçiyə şəfa diləyirəm. İnanıram ki, tez bir zamanda sağalacaq. Penaltilər seriyası lotoreyadır. Burada kim stressə daha dözümlü olursa, o qalib gəlir".

Qeyd edək ki, "Turan Tovuz" - "Sabah" oyununun əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan (3:1) paytaxt klubu 1/4 finala yüksəlib.

Oxşar xəbərlər

Vasili Berezutski: "Qapıçılarımız penalti zərbələrinə hazır idilər, oyunçularımız yox"
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Sabah"ın rusiyalı baş məşqçisinin futbolçu karyerası uğurlarla zəngindir - DOSYE
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər