COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
Far.Az xəbər saytı

COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib


Azərbaycan COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanlarını təqdim edib.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsində hesabında bildirib.

"COP31 çərçivəsində Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin himayəsi və dəstəyi ilə TÜREB və GWEC-in təşkil etdiyi "Külək enerjisinə investisiyaların sürətləndirilməsi: COP31 öhdəliklərindən tərəfdaşlıqlara" mövzusunda Nazirlər və İnvestorların Plenar İclasında iştirak etdik. Xəzərin külək potensialını və yaşıl enerji dəhlizlərimizin yaratdığı investisiya imkanlarını təqdim edərək beynəlxalq maliyyə institutlarını, investorları və şirkətləri layihələrimizdə iştiraka dəvət etdik",-deyə nazir qeyd edib.

Oxşar xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
Pərviz Şahbazov: "Yeni reallıqlar regional əməkdaşlıq üçün geniş imkanlar açır" - YENİLƏNİB
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər