Sahibə Qafarova: Ümummilli Lider Heydər Əliyev müasir parlamentimizin banisidir
Far.Az xəbər saytı

Sahibə Qafarova: Ümummilli Lider Heydər Əliyev müasir parlamentimizin banisidir


Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müasir parlamentinin banisidir.

"Report" xəbər veriri ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda Beynəlxalq Parlament Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin böyük siyasətə qayıdışı məhz parlamentdə başlayıb:

"Ulu Öndər parlamentə rəhbərlik etdiyi dörd aya yaxın müddət ərzində Azərbaycan parlamentarizmi tarixinin keyfiyyətcə yeni mərhələsinin əsasını qoydu".

Spiker bildirib ki, Ulu Öndər Heydər Əliyevin həm bu müddətdə, həm də sonradan prezidentlik dövründə qəbul etdiyi qərarlar, irəli sürdüyü təşəbbüslər müstəqil dövlətin hüquqi bazasının yaradılıb inkişaf etdirilməsində, parlamentin real hakimiyyət orqanına çevrilməsində əvəzsiz rol oynayıb.

S.Qafarova vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusu olduğu kimi, müasir parlamentin də banisidir. Bu parlament də öz fəaliyyətində ötən dövrlərdə formalaşmış ənənələrə əsaslanır, müstəqillik və dövlətçilik amallarını təcəssüm etdirir.

Spiker qeyd edib ki, bu gün Milli Məclis Prezident İlham Əliyevin Azərbaycana böyük uğurlar və qələbələr qazandıran milli inkişaf strategiyasının həyata keçirilməsi prosesinə öz qanunvericilik fəaliyyəti ilə töhfə verir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Türkiyə Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə Heydər Əliyev Mərkəzində rəsmi qəbul təşkil edilib - YENİLƏNİB
Sahibə Qafarova: Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanla Türkiyə arasında münasibətlərin daha da genişləndirilməsinə təkan verib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər