Son 1 ildə Azərbaycanın valyuta ehtiyatları 16 %-ə yaxın artıb
Far.Az xəbər saytı

Son 1 ildə Azərbaycanın valyuta ehtiyatları 16 %-ə yaxın artıb


Bu il aprelin 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 172,7 milyon ABŞ dolları təşkil edib.

"Far.Az" xəbər verir ki, bunun 86,3 %-i və yaxud 73 milyard 515,9 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 13,7 %-i və yaxud 11 milyard 656,8 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 116,3 milyon ABŞ dolları və yaxud 0,1 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 25,6 milyon ABŞ dolları və yaxud cüzi azalma, AMB-nin valyuta ehtiyatlarında isə 141,9 milyon ABŞ dolları və yaxud 1,2 % artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 11 milyard 406 milyon ABŞ dolları və yaxud 15,5 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 10 milyard 775,7 milyon ABŞ dolları və yaxud 17,2 %, AMB-nin valyuta ehtiyatları isə 630,3 milyon ABŞ dolları və yaxud 5,7 % artım nümayiş etdirib.

ARDNF-in

valyuta ehtiyatları

(milyon ABŞ dolları)

AMB-nin

valyuta ehtiyatları

(milyon ABŞ dolları)

Azərbaycanın

valyuta ehtiyatları

(milyon ABŞ dolları)

01.04.2026

73 515,9

11 656,8

85 172,7

01.01.2026

73 541,5

11 514,9

85 056,4

01.10.2025

70 161,7

11 310,5

81 472,2

01.07.2025

66 515,6

11 153,9

77 669,5

01.04.2025

62 740,2

11 026,5

73 766,7

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (18.04.2026)

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər