Azərbaycanda restoranda saxta alkoqollu içkilər aşkarlandı - FOTO
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağdaş şəhəri, Ağdaş-Göyçay yolunun 1-ci km-də fəaliyyət göstərən, fiziki şəxs Arif Mahir oğlu Ələkbərova məxsus "Ağdaş Palace" restoranında plandankənar yoxlama keçirib.
Agentlikdən BAKU.WS-ə verilən məlumata görə, baxış zamanı ictimai iaşə müəssisəsinin anbar sahəsində qablaşdırılması və etiketlənməsində saxtalaşdırma əlamətləri olan müxtəlif saxta əmtəə nişanlı ("Beluga", "Russkiy Standart", "Absolut Vodka", "Nemiroff", "Green Drop", "Qızıl Çar", "Zero", "Bison Rosol", "Xorçitsa", "Verba", "ALP LİNE", "Minsk", "Sokrovice Belarus", "Admiral Van Bellingham", "Gradus", "Zelupa", "Russkiy Standart Platin", "Vladinko", "Finlandia"), ümumi sayı 309 ədəd alkoqollu içki (araqlar) aşkarlanıb.
Belə ki, içkilərin qablaşdırmasının orijinal məhsullardan fərqləndiyi, bəzilərinin qapaq hissəsinin sonradan təkrarən bağlandığı, müxtəlif istehsalçılara məxsus müxtəlif əmtəə nişanlı bəzi içkilərin qapaqlarının eyni olduğu məlum olub. Həmçinin yoxlama zamanı bu içkilərin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğunu təsdiq edən heç bir sənəd təqdim edilməyib.
Faktla bağlı müəssisədə aşkar olunmuş və saxtalaşdırma əlamətləri olan alkoqollu içki məhsullarının satışının dayandırılması və dövriyyədən çıxarılması barədə qərar qəbul edilib, müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
Sumqayıtda un məmulatları müəssisəsində istehlaka yararsız məhsullar aşkarlanıb
Prezidentin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçuları təltif edilib - SİYAHI
Prezidentin Təhlükəsizlik Xidmətinin bir qrup hərbi qulluqçusu təltif edilib
Azərbaycan ilə Rusiya arasında imzalanmış sənədlər mübadilə edilib - YENİLƏNİB
Azərbaycan ilə Rusiya arasında imzalanmış sənədlər mübadilə edilib - YENİLƏNİB-1
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
-
"Araz-Naxçıvan"ın baş məşqçisi Yuri Maksimov: "Komanda olaraq elə qollar buraxmaq olmaz"
-
İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı
-
ABŞ-də süni intellektlərin bloklanması üçün qanun layihəsinin irəli sürülməsinə başlanılıb
-
Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib
-
Cəlilabadda növbəti əmək yarmarkası keçirilib













