Gündəlik maqnezium normasını tamamlamağa kömək edən məhsul açıqlanıb
Far.Az xəbər saytı

Gündəlik maqnezium normasını tamamlamağa kömək edən məhsul açıqlanıb


Balqabaq tumu zülal, sink və dəmir baxımından pekan qozundan daha zəngindir.

"Far.Az" xəbər verir ki, bu barədə "Health" nəşri yazıb.

Qeyd olunub ki, balqabaq tumunun tərkibində orqanizm üçün vacib olan doqquz əvəzolunmaz amin turşusunun hamısı mövcuddur. Sink immun sisteminin fəaliyyətini dəstəkləyir, dəmir isə qırmızı qan hüceyrələrinin yaranması və oksigenin orqanizmdə daşınması üçün vacibdir.

Bununla belə, bitki mənşəli məhsullardakı minerallar orqanizm tərəfindən daha çətin mənimsənilir. Dəmirin mənimsənilməsini yaxşılaşdırmaq üçün balqabaq tumunu C vitamini ilə zəngin qidalarla birlikdə qəbul etmək tövsiyə olunur. Qovurmadan əvvəl tumların suda isladılması isə sinkin mənimsənilməsinə kömək edə bilər.

Pekan qozu isə lif tərkibinə görə balqabaq tumunu üstələyir. Belə ki, 28 qram pekan qozu gündəlik lif normasının təxminən 10 faizini, eyni miqdarda balqabaq tumu isə 6 faizini təmin edir. Lif bağırsaqların normal fəaliyyətinə kömək edir və qanda şəkərin səviyyəsinin sabit saxlanmasında rol oynayır.

Nəşr qeyd edir ki, hər iki məhsul faydalıdır və bir-birini tamamlayır. Onları salatlara, şorbalara, sıyıqlara və qəlyanaltı qarışıqlarına əlavə etmək mümkündür.

Oxşar xəbərlər

Soyuq havalarda insan orqanizmi üçün ən vacib qidalar – qışda süfrənizdən əskik etməyin
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda unikal muzey: Dünyanın 56 yatağından toplanan minerallar - FOTOREPORTAJ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər