Messi Bakıya gəlib
Far.Az xəbər saytı

Messi Bakıya gəlib


Dünya futbolunun əfsanəsi Lionel Messi və komanda yoldaşları Bakıya gəliblər.

“Far.Az” xəbər verir ki, idmançıları daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Hava limanında onları iş adamı Adnan Əhmədzadə qarşılayıb.

Qeyd edək ki, ABŞ-nin “İnter Mayami” klubunun futbolçuları – Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba dekabrın 11-də Bakı Kristal Zalında baş tutacaq görüşdə iştirak edəcəklər.

Tədbiri xüsusi musiqi atmosferi müşayiət edəcək. Bakı Kristal Zalının səhnəsində dünya şöhrətli bəstəkar və müğənni Villi Uilyam (Willy William) və məşhur “Morandi” qrupu çıxış edəcək. İştirakçılara enerjili və yaddaqalan ritmlərlə musiqili proqram təqdim olunacaq.

Biletləri “iTicket.az” saytı və satış məntəqələrindən əldə etmək olar. Bilet satışından əldə olunan vəsait xeyriyyə məqsədinə yönəldiləcək.

Oxşar xəbərlər

Lionel Messi və komanda yoldaşlarının tədbirinə əlavə biletlər satışa çıxarılıb
Messi və komanda yoldaşlarının Bakı tədbirinə bir gündə 10 mindən çox bilet satılıb
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər