Bugün
İstanbulda terror aktı törədən Suriya vətəndaşı 1794 il azadlıqdan məhrum edilib İstanbulda terror aktı törədən Suriya vətəndaşı 1794 il azadlıqdan məhrum edilib
“Dərinsulu Günəşli” platformasından hasilat 15 gün müddətinə dayandırılıb “Dərinsulu Günəşli” platformasından hasilat 15 gün müddətinə dayandırılıb
Azərbaycanda əmək bazarının rəqəmsal keçidində mühüm rol oynayacaq layihələr açıqlanıb Azərbaycanda əmək bazarının rəqəmsal keçidində mühüm rol oynayacaq layihələr açıqlanıb
Azərbaycan və Çin yeni enerji vasitələrində əməkdaşlığı gücləndirə bilərlər Azərbaycan və Çin yeni enerji vasitələrində əməkdaşlığı gücləndirə bilərlər
"CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib
BCG: Azərbaycan öz istedadlıları sayəsində böyük iqtisadiyyatlar qarşısında üstünlüyə malikdir BCG: Azərbaycan öz istedadlıları sayəsində böyük iqtisadiyyatlar qarşısında üstünlüyə malikdir
Mariya Savova: "TAP-ın genişləndirilməsi Aİ-nin dekarbonizasiya hədəflərinə töhfə verə bilər" Mariya Savova: "TAP-ın genişləndirilməsi Aİ-nin dekarbonizasiya hədəflərinə töhfə verə bilər"
Masallının 6 kəndinin enerji verilişində fasilə yaranacaq Masallının 6 kəndinin enerji verilişində fasilə yaranacaq
İranda dörd məhkum edam edilib İranda dörd məhkum edam edilib
Mustafa Abbasbəyli: "Azərbaycanda kadr axtarışı ilə bağlı yeni alət tətbiq olunacaq" Mustafa Abbasbəyli: "Azərbaycanda kadr axtarışı ilə bağlı yeni alət tətbiq olunacaq"

20-06-2022, 19:44 891

"Silk Way West Airlines" onillik uğurunu qeyd edir "Silk Way West Airlines" onillik uğurunu qeyd edir Silk Way Groupun üzvü, müntəzəm və çarter reysləri vasitəsilə dünya miqyasında xidmət göstərən və Avropada aparıcı yükdaşıyıcılarından biri olan &qu

"Silk Way Group"un üzvü, müntəzəm və çarter reysləri vasitəsilə dünya miqyasında xidmət göstərən və Avropada aparıcı yükdaşıyıcılarından biri olan "Silk Way West Airlines" onuncu ildönümünü qeyd edir.

Şirkətdən FAR.AZ-ə verilən məlumata görə, "Silk Way West Airlines" Azərbaycanın iqtisadiyyatında və regional liderliyində mühüm rol oynayır. Gənc şirkət öz potensialını ilk gündən nümayiş etdirdi. Aviaşirkətin ilk reysi 2012-ci ilin iyul ayında Bakı-Frankfurt-Han marşrutu üzrə Boeing 747 – 400F yük təyyarəsi vasitəsilə həyata keçirilib.

Bu gün "Silk Way West Airlines" yükdaşımanın bir çox sahələrində effektiv həllər təklif edir.

Şirkətin heyəti hazırda IATA və IOSA sertifikatları ilə təsdiq edilmiş dəyərli bilik və təcrübəyə malik 1000-dən çox mütəxəssisdən ibarətdir.

Beynəlxalq hava daşımaları bazarında artan tələbatı ödəmək üçün Silk Way West Airlines MDB ölkələri, Yaxın və Orta Şərq, Cənub-Şərqi Asiya, Avropa və Amerikada aparıcı rolunu gücləndirmək üçün öz donanmasını və qlobal marşrut şəbəkəsini daha da genişləndirmək niyyətindədir.

Genişlənmə strategiyası çərçivəsində aviaşirkət Şərq ilə Qərbi birləşdirən, unikal çoğrafi mövqeyə malik, habelə dünya standartlarına uyğun çeviklik və keyfiyyətli xidmət nümayiş edən Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşən yükdaşıma qovşağını inkişaf etdirərək, müştərilərin gözləntilərini qarşılamağı planlaşdırır.

“Bu gün biz Silk Way West Airlines-da inkişafın və uğurun 10 illiyini qeyd edirik. Mən aviaşirkətin belə qısa müddətdə əldə etdiyi bütün nailiyyətlərindən qürur duyuram və eyni zamanda buna heyranam. Bütün sadiq müştərilərimizə və tərəfdaşlarımıza dərin minnətdarlığımı bildirmək istərdim. İnanıram ki, biz qarşımızda qoyduğumuz missiya - dünyanın aparıcı yük aviaşirkətlərindən birinə çevrilmək - üçün daha yüksək və daha sürətlə uçmağa davam edəcəyik”, - "Silk Way West Airlines"in prezidenti Volfqanq Mayer bildirib.

2006-cı ilin iyul ayında təsis edilmiş "Silk Way Group" dinamik inkişaf edən şirkətlər qrupu olaraq Azərbaycan iqtisadiyyatında aparıcı yerlərdən birini tutur. 2019-cu ildə həyata keçirilmiş struktur dəyişikliyindən sonra "Silk Way Group" şirkətlər qrupunun tərkibində aviasiya yükdaşımaları və hava gəmilərinə texniki xidmət göstərən üç şirkət – "Silk Way Airlines", "Silk Way West Airlines" və "Silk Way Technics" fəaliyyət göstərir.

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş "Silk Way West Airlines" 12 müasir "Boeing 747-8F" və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə ayda 350-dən çox uçuş həyata keçirir. Donanmasını genişləndirən "Silk Way West Airlines" 28 aprel 2021-ci il tarixində "Boeing" aviakonserni ilə beş ən müasir 777F yük təyyarəsinin alışı barədə strateji razılaşma imzalayıb. Bakı Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli aviadaşıyıcının illik yükdaşıma dövriyyəsi 500 min tondan artıqdır. Genişlənməkdə olan şəbəkəsi ilə aviaşirkət Avropa, MDB ölkələri, Orta Şərq, Mərkəzi və Şərqi Asiya da daxil olmaqla 40-dan artıq istiqaməti əhatə edir. "Silk Way West Airlines" şirkəti Cənubi Koreyanın İnçxon hava limanı tərəfindən nüfuzlu “2020-ci ilin yükdaşıma aviaşirkəti” adına layiq görülüb.

FAR.AZ
Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Rifat Sultanzadə: Azərbaycanın özəl şirkətləri Türkmənistana investisiya qoymağa hazırdır

Biznes

Rifat Sultanzadə: Azərbaycanın özəl şirkətləri Türkmənistana investisiya qoymağa hazırdır

Rifat Sultanzadə: Azərbaycanın özəl şirkətləri Türkmənistana investisiya qoymağa hazırdır
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir

Region

Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir

Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
Türkiyə hüquq-mühafizə orqanları YPG və İŞİD-in məsul şəxslərini saxlayıb - YENİLƏNİB

Region

Türkiyə hüquq-mühafizə orqanları YPG və İŞİD-in məsul şəxslərini saxlayıb - YENİLƏNİB

Türkiyə hüquq-mühafizə orqanları YPG və İŞİD-in məsul şəxslərini saxlayıb - YENİLƏNİB
Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Region

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb
SOCAR: Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər

Energetika

SOCAR: Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər

SOCAR: Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər
Ankarada fabrik yanır

Region

Ankarada fabrik yanır

Ankarada fabrik yanır
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib

Region

Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib

Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
Baş nazir: Gürcüstan tezliklə Avropa İttifaqına üzv olacaq

Region

Baş nazir: Gürcüstan tezliklə Avropa İttifaqına üzv olacaq

Baş nazir: Gürcüstan tezliklə Avropa İttifaqına üzv olacaq