Bugün
Macarıstan və Ermənistan səfirliklərin yenidən açılması barədə razılığa gəliblər Macarıstan və Ermənistan səfirliklərin yenidən açılması barədə razılığa gəliblər
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedəcək Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedəcək
“Azəristiliktəchizat” auditor seçir “Azəristiliktəchizat” auditor seçir
Simonyan: Müxalifət Ermənistanı müharibəyə sürükləyir Simonyan: Müxalifət Ermənistanı müharibəyə sürükləyir
Böyük Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb Böyük Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb
Ukraynanın Rusiyaya hücumu nəticəsində yaralananların sayı 42-yə çatıb - YENİLƏNİB Ukraynanın Rusiyaya hücumu nəticəsində yaralananların sayı 42-yə çatıb - YENİLƏNİB
Ekspert: Ukraynadakı bahalaşmaya səbəb enerji qiymətlərinin kəskin artmasıdır Ekspert: Ukraynadakı bahalaşmaya səbəb enerji qiymətlərinin kəskin artmasıdır
Alen Simonyan: Sülh sazişinin bağlanması prosesi tezliklə başa çatmalıdır Alen Simonyan: Sülh sazişinin bağlanması prosesi tezliklə başa çatmalıdır
Gürcü professor: Qərb Gürcüstana əsassız təzyiqlər edir, amma bu, lazımsız təlaşdır Gürcü professor: Qərb Gürcüstana əsassız təzyiqlər edir, amma bu, lazımsız təlaşdır
Ermənistanla Azərbaycanın daha bir sərhəd kəndində delimitasiya başlayıb Ermənistanla Azərbaycanın daha bir sərhəd kəndində delimitasiya başlayıb

26-04-2024, 12:55 95

Azərbaycan və Çin yeni enerji vasitələrində əməkdaşlığı gücləndirə bilərlər Azərbaycan və Çin yeni enerji vasitələrində əməkdaşlığı gücləndirə bilərlər Azərbaycan və Çin arasında yeni enerji vasitələri (NEV) sektorunda regional yaşıl transformasiyanın daha gücləndirilməsi istiqamətində sinerji gözlənilir. “Repo

Azərbaycan və Çin arasında yeni enerji vasitələri (NEV) sektorunda regional yaşıl transformasiyanın daha gücləndirilməsi istiqamətində sinerji gözlənilir.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov “Global Times” qəzetinə eksklüziv müsahibəsində bildirib.

"Çinin NEV sahəsində əməkdaşlığa dair mövqeyini yüksək qiymətləndirik və yaşıl transformasiyanı gücləndirmək üçün əlaqələrin gücləndirilməsinə ümid edirik. Azərbaycan heç bir məhdudiyyət qoymadan Çin ilə iqtisadi və ticarət əlaqələrini inkişaf etdirməyə hazırdır. Xüsusən iki ölkə arasında yeni enerji sənayesində daha dərin əməkdaşlıq potensialı var. Dünya yaşıl enerjiyə keçiddə həlledici məqamdadır. Bu səbəbdən davamlı inkişaf və “qazan-qazan” prinsipi ilə Çin şirkətləri ilə əməkdaşlığı dərinləşdirməyə ümid edirik", - deyə o qeyd edib.

Bu həftənin əvvəlində Azərbaycanın Çindəki səfirliyinin investisiya təşviqi ilə bağlı keçirdiyi tədbirdə çıxış edən B.Hüseynov bildirib ki, Çinin yeni enerji sahəsində əldə etdiyi əlamətdar nailiyyətlər hamıya məlumdur və son dərəcə tamamlayıcı əməkdaşlıq uğurla davam etdirilir: “Bu yaxınlarda Azərbaycan NEV-lə işləyən avtomobil zavodunun tikintisi üçün tender prosesinə başlayıb. Çinin avtomobil istehsalçısı BYD tenderin qalibi olub, Azərbaycanda birgə müəssisənin yaradılması və elektrik avtobuslarının istehsalı xəttinin yaradılması ilə bağlı müqavilə imzalayıb. Azərbaycan paytaxt Bakıda daxili yanma mühərriki ilə işləyən avtobusları mərhələi şəkildə elektrik avtobusları ilə əvəz etməyi planlaşdırır. Bundan başqa, Azərbaycan enerji depolama layihələrinin həyata keçirilməsi ilə bağlı Çinin litium-ion akkumulyator şirkəti “Contemporary Amperex Technology” ilə danışıqlar aparır”.

“Global Times”ın Azərbaycanın Çindəki Səfirliyindən əldə etdiyi məlumata görə, qurum yaşıl transformasiyanı fəal şəkildə təşviq edir və səfirliyin yanacaqla işləyən maşınlarını BYD-nin NEV-ləri ilə əvəz edilməsi də daxil olmaqla bu sahədə Çin şirkətləri ilə əməkdaşlığı gücləndirir. Hər iki ölkənin dünya miqyasında iqlim dəyişikliyi ilə mübarizədə getdikcə daha mühüm rol oynaması səbəbi ilə yaşıl enerji sektorunda daha sıx əməkdaşlıq nəzərdə tutula bilər.

“Hər iki ölkənin yaşıl enerji gündəmində yüksək dərəcədə konsensusa malik olduğunu hesab edirəm. Çin, külək və günəş enerjisi ilə yanaşı, elektrikli nəqliyyat vasitələri sektorunda da liderliyi ələ alır və öz nailiyyətlərini digər ölkələrlə bölüşməyə hazırdır. Bu da, onun açıq və “qazan-qazan” pirinsipi ilə əməkdaşlıq etmək istəyini nümayiş etdirir", - deyə səfir qeyd edib.

B.Hüseynov əlavə edib ki, Çin şirkətləri enerji transformasiyasına nail olmaq üçün digər ölkələrdən olan şirkətlərlə açıq əməkdaşlıq edir: "Müəyyən media orqanlarının bunu necə qəbul etməsindən asılı olmayaraq, mən Çinin açıq və əməkdaşlıq münasibətini çox yüksək qiymətləndirirəm".

Xatırladaq ki, bu ilin noyabr ayında Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası keçiriləcək. Ötən ay ekologiya və təbii sərvətlər naziri və COP29-un prezidenti Muxtar Babayev nümayəndə heyəti ilə birlikdə Çinə səfər edib. Bu, Çinin iqlim dəyişikliyi konfransından gözləntilərini anlamaq üçün ölkənin COP komandasının xaricə ilk səfəri olub.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb

Region

Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb

Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Futbol

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb
Lavrov Avropanın Rusiya ilə danışıqlar üçün zəmin yaratmamasından gileylənib

Region

Lavrov Avropanın Rusiya ilə danışıqlar üçün zəmin yaratmamasından gileylənib

Lavrov Avropanın Rusiya ilə danışıqlar üçün zəmin yaratmamasından gileylənib
Premyer Liqa: "Sabah" "Araz-Naxçıvan"ı məğlub edib

Futbol

Premyer Liqa: "Sabah" "Araz-Naxçıvan"ı məğlub edib

Premyer Liqa: "Sabah" "Araz-Naxçıvan"ı məğlub edib
İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem” üzərində inamlı qələbə qazanıb

Futbol

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem” üzərində inamlı qələbə qazanıb

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem” üzərində inamlı qələbə qazanıb
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb

Region

Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb

Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib 

Biznes

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib 

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib 
Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Region

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib