Sabah boks üzrə Azərbaycan çempionatı başlayır
Far.Az xəbər saytı

Sabah boks üzrə Azərbaycan çempionatı başlayır


Sabah boks üzrə Azərbaycan çempionatına start veriləcək.

"Far.Az"un xəbərinə görə, Bakı Boks Mərkəzində təşkil olunacaq yarışda kişilər 13, qadınlar 5 çəki dərəcəsi üzrə mükafatçıları müəyyənləşəcəklər.

Altl gün davam edəcək çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 41 komandanın 200 (178 kişi, 22 qadın) boksçusu qatılacaq.

Açılış mərasimi saat 12:00-da, döyüşlər saat 12:30-da başlanacaq.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, çempionatın baş hakimi Anar Babanlı, supervayzeri Raymond Silvas (ABŞ) olacaq.

Döyüşləri yerli referilərlə yanaşı, xarici ədalət təmsilçiləri də idarə edəcəklər. Onlardan Ço Yanq Suk (Cənubi Koreya), Muhammad Arisa Putra Pohan (İndoneziya) və Pavlo Vasilinçuk (Ukrayna) İBA-nın 3 ulduz kateqoriyasına malikdir. Bu referilərin, həmçinin dünya çempionatı və Yay Olimpiya Oyunları təcrübəsi var.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Fərid Qayıbov: Avqust ayı Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazıldı
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
İBA Çempionlar Liqası: Azərbaycanın bütün boksçuları qələbə qazanıb
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər