Nazir: "Pensiya sisteminə əlçatanlığı artırmaq üçün yeni mexanizmlər tətbiq olunur"
Far.Az xəbər saytı

Nazir: "Pensiya sisteminə əlçatanlığı artırmaq üçün yeni mexanizmlər tətbiq olunur"


Azərbaycanda pensiya sisteminə əlçatanlığı artırmaq üçün yeni mexanizmlər tətbiq olunur.

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, minimum pensiya məbləği artdıqca, tələb olunan pensiya kapitalı da artır: "Əmək pensiyaları haqqında" qanunda başqa bir mexanizm də mövcuddur. Belə ki, pensiya kapitalından asılı olmayaraq, şəxsin 25 il sığorta stajı varsa, o, pensiya siste minə daxil ola bilir. Eyni zamanda, artıq kifayət qədər ciddi bir mexanizmimiz var. Bu mexanizmi 2019-cu ildən tətbiq edirik. Söhbət sığorta stajlarının amnistiyasından gedir. Keçən ilə qədər pensiya kapitalında bir manat belə vəsaiti olan şəxsə 25 illik sığorta stajı hədiyyə edirdik. Bu ildən etibarən isə bir il sığorta stajı və 24 il pensiya kapitalı güzəşti tətbiq olunur. Növbəti il isə iki il sığorta stajı və 23 il pensiya kapitalı güzəşti nəzərdə tutulur. Bu kimi mexanizmlər vasitəsilə əhalinin pensiya sisteminə əlçatanlığını dəstəkləyə bilirik".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər